12:59 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
127 0 0

Mədəniyyət Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində reallaşan layihəyə qoşulan yaradıcı şəxslər #yaradıcılığıevdəöyrən həştəqi ilə video çağırışlarını, habelə müxtəlif sahələr üzrə maarifləndirici, təlim videolarını sosial şəbəkələrdə paylaşırlar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Bu günlər koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri həyata keçirilməkdədir.

Bu tədbirlər çərçivəsində mədəniyyət müəssisələrinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bununla belə müasir informasiya texnologiyaları sosial media, elektron poçt, videokonfrans və digər onlayn vasitələrlə mədəniyyət müəssisələrinin idarə olunması və fəaliyyətini davam etdirməyə, eləcə də mədəni təbliğatı kifayət qədər geniş miqyasda aparmağa imkan verir.

Sputnik Azərbaycan mövcud şəraitdə Mədəniyyət Nazirliyi tərəfindən mədəni irs və incəsənətin təbliği, insanların sosial izolyasiya tədbirlərinə uyğun olaraq evdə qalmasının və ictimai ünsiyyətin minimuma endirilməsinin təşviq edilməsi məqsədilə müxtəlif mədəni təşəbbüs və layihələri necə reallaşdırması, onların ictimaiyyətə təqdimatı və təbliğatını hansı metodlarla həyata keçirdiyini öyrənmək üçün nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə salxayıb. Oradan bizə bildirdilər ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kreativ Azərbaycan” portalının “Facebook” sosial şəbəkəsi vasitəsilə 21 martdan etibarən başlatdığı “Evdə qal – evdə yarat” təşəbbüsü uğurla davam edir. Ötən müddətdə, ölkəmizin regionları da daxil olmaqla, 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulub. Bir çox sənət adamları, ictimai xadimlər, millət vəkilləri də bu layihədə iştirak edirlər. Portalın “İnstagram” səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olub.

İnsanlara evdə boş̧ vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə də start verib. Nazirliyin “YouTube” kanalından, “Facebook”, “Instagram” səhifələrində reallaşan layihəyə qoşulan yaradıcı şəxslər #yaradıcılığıevdəöyrən həştəqi ilə video çağırışlarını, habelə müxtəlif sahələr üzrə maarifləndirici, təlim videolarını sosial şəbəkələrdə paylaşırlar. Layihə üzrə televiziya kanallarından birində gündəlik təlim xarakterli "Yaradıcılığı evdə öyrən" verilişinin təşkili nəzərdə tutulub və həmin veriliş eyni zamanda sosial şəbəkələrdə canlı olaraq nümayiş ediləcək.

Ümumiyyətlə, yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması xüsusi önəm kəsb edir. Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin sərbəst şəkildə, müvafiq normativ qaydalara uyğun ödəniş etmədən nümayiş etdirilməsinə şərait yaradılıb.

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi aprelin 1-dən gündəlik təqdim olunur. Layihə televiziya ilə musiqi tədrisi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən məhdud heyətlə (aparıcı, xanəndə, bir neçə instrumental ifaçı) canlı konsert proqramları, incəsənətin ayrı-ayrı sahələri ilə bağlı təqdimatları əhatə edir. Aprelin ikinci həftəsindən etibarən layihə çərçivəsində görkəmli sənətkarlara həsr olunan “Əbədiyaşarlarımız” adlı yeni təqdimat reallaşır.

Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları öz saytları və sosial şəbəkə səhifələri vasitəsilə tamaşaçılara nümayiş etdirirlər.

Muzeyləri onlayn ziyarət etmək, sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla virtual şəkildə sərbəst tanış olmaq, onlayn mühazirələr dinləmək imkanı yaradılıb. İnsanlar evlərində oturub mədəniyyət qoruqlarını da internet üzərindən virtual ziyarət edə bilərlər.

Kitabxanalarda onlayn formada oxuculara kitabxana-informasiya xidməti davam etdirilir. Eyni zamanda onlayn xidmətlərin dairəsi genişləndirilir və bu barədə oxuculara məlumat verilir.

Təsviri sənətin təbliği ilə bağlı internet üzərindən layihələr həyata keçirilir. Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən #birəsər həştəqi ilə başladılan layihə qalereyanın kolleksiyasında yer alan rəssamlarımızın əsərləri ilə virtual tanış olmaq imkanı yaradır. Qalereya həmçinin rəssamları “Evdə qal – qalib gəl!" devizi ilə yeni virtual layihəyə qoşulmağa dəvət edib.

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan edilən “Minnətdarıq” adlı respublika rəsm müsabiqəsi isə pandemiya zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının göstərdiyi fədakarlıq nümunələrinin təsviri sənət vasitəsi ilə tərənnüm etmək, milli həmrəylik duyğularını inkişaf etdirmək məqsədi daşıyır.

“Kreativ Azərbaycan" portalının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə başlatdığı "Sənətə dəstək ol" adlı xeyriyyə aksiyası bu çətin günlərdə yaradıcı insanların fəaliyyətini təşviq etmək yolunda daha bir addımdır.

İstifadəçi kütləsinin daha çox aktiv olduğu “Facebook” sosial şəbəkəsində Nazirliyin regional mədəniyyət idarələri, teatr-tamaşa və konsert müəssisələri, Heydər Əliyev mərkəzləri və muzeyləri, kino müəssisələri, kitabxanaları, tarix-mədəniyyət abidələri və qalereyaları tərəfindən həyata keçirilən sosial layihələr, müsabiqələr, tədbirlər geniş şəkildə işıqlandırılır.

Əlaqədar

Karantindən "qoğal" kimi çıxmaq istəməyənlər üçün gözəl şans yarandı
Cansıxıcı sözünü unutdurmaq üçün "e"ləri bir yerə topladılar
Mədəni karantin: İndi pulun əhəmiyyəti qalmadı, əsas odur, vaxt getsin
Dəyişən dəyərlər, yeni reallıq və "internet insanı"
Əsl DOST: Karantin rejimində yaşlılara necə kömək edilir

Əsas mövzular