BAKI, 7 aprel — Sputnik, Kəmalə Əliyeva. Məşhur rəqqas qardaşlar Fərid və Mehman Mehdiyevlər koronavirus pandemiyasına rəqs nömrəsi həsr ediblər.
Fərid uzun illərdir "Harmony Dance Studio"nun direktorudur. Qardaşı da onunla birlikdə çalışır. Onlar birlikdə tələbələrə müxtəlif rəqs növləri öyrədirlər. Qardaşlar karantinə görə evdə oturan yerlilərini darıxmamaq üçün rəqs eləməyə dəvət ediblər.
"Rəqs bir çox dərdin dərmanıdır. İstənilən mahnını qoşub oynamaq olar. Bu, həm sağlamlıq üçün yaxşıdır, həm də əhvalı qaldırır", - Fərid Mehdiyev Sputnik Azərbaycan-a deyib.
Qardaşlar tanınmış gürcü müğənnisi Brendon Stounun "Korona" mahnısının sədaları altında rəqs ediblər.
Qeyd edək ki, tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müğənni və rəqqaslar koronavirus pandemiyasına mahnı və rəqslər həsr ediblər.