CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artistindən "Evdə qal" kampaniyasına mətbəxdən dəstək - VİDEO

© Photo : Instagram / miriyusifМири Юсиф вместе с семей, фото из архива
Мири Юсиф вместе с семей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni öz komandası ilə birlikdə mayın 24-də Baku Crystal Hall-da keçiriləcək solo-konsertinin hazırlığını da davam etdirir

BAKI, 8 aprel - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Miri Yusif öz evində klip çəkdirib. Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirusla mübarizə çərçivəsində ölkədə başlayan #evdeqal kampaniyasına dəstək məqsədilə çəkilən bu klipin əsas qəhrəmanları məşhur müğənninin ailə üzvləri olub.

Sərt karantin şəraitində müğənni pərəstişkarlarına qeyri-adi hədiyyə edib. Bir çox həmkarları onlayn konsert verərkən, Miri Yusif də yeni mahnılarından birinə - “Həyatı Yaşa”ya klip çəkib. Bu kompozisiyanın musiqisini Tural Əliyev, sözlərini isə Fariz Zeynalov yazıb.

Çəkiliş yeri kimi Miri Yusif öz mətbəxini seçib, onun tərəfdaşları isə həyat yoldaşı, uşaqları, həmçinin yaradıcı komandasının bəzi üzvləri olub.

Klipin operatoru Miri Yusifin prodüseri Emin Əfəndi, montajçısı isə onun həyat yoldaşı Lalə Əfəndidir.

Bununla yanaşı, müğənni öz komandası ilə birlikdə mayın 24-də Baku Crystal Hall-da keçiriləcək solo-konsertinin hazırlığını davam etdirir.

Miri Yusif Azərbaycan musiqisinin tarixində ən populyar qruplardan biri - "Dəyirman"ın keçmiş solistidir. Uzun müddət Amerikada yaşayıb, Bakıya qayıdan kimi solo-karyeraya başlayıb və kifayət qədər uğur qazanıb.

Xəbər lenti
0