Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Polad Bülbüloğlunun mahnısı "Yeni dalğa"da gənc azərbaycanlıya uğur gətirib

Abunə olmaq
Gənc azərbaycanlı ifaçı İsgəndər Həsənzadə "Detskaya Novaya volna-2019"da Azərbaycanı ləyaqətlə təmsil edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Azərbaycanlı ifaçı İsgəndər Həsənzadə "Detskaya Novaya volna-2019" (Uşaq yeni dalğası-2019)" Beynəlxalq musiqi müsabiqəsinin final mərhələsinə keçib. O, münsiflər qarşısında Polad Bülbüloğlunun "Gəl ey səhər" mahnısını ifa edib. Həsənzadənin anası Səidə Həsənova oğlunun sözügedən layihədə iştirakı və gələcək planları barədə Sputnik Azərbaycan-a danışıb.

Onun sözlərinə görə, İsgəndər uşaq yaşlarından musiqiyə böyük həvəs göstərib. O, beş yaşından vokalla məşğul olmağa, altı yaşında isə Bakıdakı Georgi Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbində təhsil almağa başlayıb. İsgəndər əsasən Müslim Maqomayevin, Rəşid Behbudovun, eləcə də xarici ifaçıların, xüsusən də Freddi Merkurinin və Queen qrupunun repertuarındakı kompozisiyaları dinləməyi sevir. Onun konkret kumiri yoxdur.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Qazaxıstanın Mezzo musiqi qrupu Bakıda konsert verdi

İsgəndər musiqi ilə yanaşı iki xarici dil - ingilis və alman dillərini də öyrənir. Gələcəkdə italyan dilini də öyrənməyi planlaşdırır. Hazırda oğlan klassik vokal və fortepiano üzrə 4-cü sinifdə təhsil alır.

"İsgəndər bir çox respublika və beynəlxalq müsabiqələrdə iştirak edib. Onun karyerasında ən miqyaslı yeri Dmitri Şostakoviç adına Sankt-Peterburq filarmoniyasının Kiçik zalında keçirilən Yelena Obraztsova adına Gənc Vokalçıların VII Beynəlxalq Müsabiqəsi tutub. Bu müsabiqə iki ildə bir dəfə keçirilir və biz orada 2018-ci ilin yayında iştirak etmişik. Müsabiqədə 10-11 yaşlı uşaqlar kateqoriyası üzrə 58 ifaçı iştirak edirdi. İsgəndər finala çıxmağa və 3-cü yeri tutmağa müvəffəq oldu" - deyə Həsənova bildirib.

Bu dəfə isə istedad özünü "Detskaya Novaya volna-2019" Beynəlxalq Musiqi Müsabiqəsində sınamaq qərarına gəlib. Müğənninin anasının sözlərinə görə, ailə uzun müddət nüfuzlu müsabiqələri gözdən keçirib və "Yeni dalğa" üzərində dayanıb. Çünki bu müsabiqədə müxtəlif ölkələrin nümayəndələri iştirak edir. Bu müsabiqə nəinki İsgəndərə çoxlu istedadlı insanlarla tanış olmaq imkanı verib, həm də yeni şeylər öyrənməsinə səbəb olub.

Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Orada bir hüzur var: Göz oxşayan əşyalar, dinclik verən musiqi və çay

"Detskaya Novaya volna-2019"un finalçılarının seçimi Aleksey Kosıgin adına Universitetdə keçirilib. Burada 18 ölkədən 90 ifaçı iştirak edib. İfaçıları "Detskaya Novaya volna"nın baş prodüseri İqor Krutoy, müsabiqənin baş rejissoru Aleksandr Rezvin və digər ekspertlər seçiblər. Həsənovanın sözlərinə görə, kastinq çox maraqlı keçib, eyni zamanda, iştirakçıların sayına baxanda, çox çətin olub.

"Biz bilmirdik ki, münsiflər üçün nəyi dinləmək maraqlı olacaq və onlar hər bir iştirakçıdan konkret nə gözləyirlər. Birinci gün İsgəndər Müslim Maqomayevin repertuarından "Sinyaya veçnost" (Mavi əbədilik) və Valeri Meladzenin "Salyut Vera" mahnılarını ifa edib. İkinci gün o, Polad Bülbüloğlunun "Gəl, ey səhər" kompozisiyasını oxuyub. Məhz bu mahnıya görə, biz İqor Krutoydan müsbət işarəsi aldıq və finala çıxdıq. Oğlum həmçinin Maykl Ceksonun repertuarından da mahnı ifa etdi" - deyə Həsənova əlavə edib.

Onun sözlərinə görə, münsiflər heyətinin üzvləri bütün iştirakçılara eyni münasibət bəsləyiblər. Ona görə də kimin finala keçəcəyini qabaqcadan müəyyən etmək çətin olub. Nəticələr elan ediləndən sonra Həsənovlar seviniblər ki, nəhayət, Azərbaycan uzun müddətdən sonra "Uşaq yeni dalğası"na qayıdıb və onların ölkəsini belə irimiqyaslı layihədə məhz İsgəndər təmsil edəcək.

Musiqiyə qulaq asan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Musiqi hər keçən illə daha da aqressivləşir

Hazırda ailə tam gücü ilə müsabiqənin 30-31 may tarixlərində Moskvada keçiriləcək finalına hazırlaşır.

"İsgəndər 15-dən artıq müsabiqədə iştirak edib. Onların hər birinə hazırlaşarkən biz hansısa yeri tutmağı qarşıya məqsəd qoymamışıq. Məqsədimiz yaxşı, keyfiyyətli və peşəkar çıxış etmək olub. Ən əsası isə, istəmişik ki, İsgəndər səhnədə öz gücünü yüz faiz göstərsin. Adətən nəticələr həmişə bizim üçün yaxşı olub. Ümud edirik ki, bu dəfə zəhmətimiz layiqincə qiymətləndiriləcək" - deyə gənc ifaçının anası bildirib.

İsgəndər öz gələcəyini yalnız səhnədə görür. O, məşhur opera müğənnisi olmağı və təhsilini İtaliyada davam etdirməyi arzulayır. Valideynləri oğullarının arzularının həyata keçəcəyinə böyük ümid bəsləyirlər.

Xəbər lenti
0