CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Musiqi hər keçən illə daha da aqressivləşir

CC0 / sweetlouise / Music Musiqiyə qulaq asan qız, arxiv şəkli
Musiqiyə qulaq asan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1990-cı illərin ortalarında isə populyar musiqilərin mətnlərində aqressiya keçən 10 ilə nisbətən daha çox artıb.

BAKI, 1 fevral — Sputnik. 1950-2016-cı illər arasında bütün hit mahnıları araşdıran amerikalı mütəxəssislər müəyyən edib ki, son 60 il ərzində mahnılar getdikcə qəmli və aqressiv olub.

Bakı metropolitenində Milli Musiqi Günü münasibətilə konsert - Sputnik Azərbaycan
FOTO
Bakı metrosunda canlı musiqi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma internetdə və hit-paradlarda olan 6000 kompozisiya üzərində aparılıb. Mahnıların mətnlərində olan əhval-ruhiyyə İBM Tone Analyzer avtomatik proqramın köməkliyi ilə müəyyən edilib.

Sistem təkcə emosiyaları – sevinc, nifrət, qəzəbi deyil, lirik qəhrəmanın temperamentini (ekstravert və ya introvert) olduğunu da müəyyən edə bilir.

Nəticələr göstərir ki, dinləyicilər illər keçdikdə daha çox aqressiv və qəzəb dolu mahnılara üstünlük verməyə başlayıb.

1950-ci illərdən "ehtiraslar artaraq" 2015-ci ildə maksimuma çatıb. Etiraf etmək lazımdır ki, 1982-84-cü illərdə yaxşı mahnıların da olduğu müəyyən edilib.

1990-cı illərin ortalarında isə populyar musiqilərin mətnlərində aqressiya keçən 10 ilə nisbətən daha çox artıb.

Eyni zamanda kədər, nifrət və qorxu səviyyəsi da artır. Tədqiqatçılar 1980-ci illərin ortalarında və 1998-1999-cu illərdə "qorxu" artımını da qeyd ediblər. Amma bu proses yeni minilliyin gəlişindən sonra kəskin azalıb.

50-ci illərin mahnıları üçün tipik olan sevinc 1970-ci illərdə qısa dalğalanma istisna olmaqla zamanla azalıb və bir neçə on il əvvəllə müqayisədə daha azdır.

Araşdırma müəlliflər bildiriblər ki, onların araşdırması musiqinin özünə deyil, düşdükləri vəziyyətlə əlaqəli olaraq seçdikləri mahnıya görə insanların ümumi əhval-ruhiyyəsinə həsr edilib.

XX əsrin ortaları ilə müqayisədə insanlar daha çox qəm və qəzəb ehtiva edən yaradıcılqla maraqlanmağa başlayıb.

Xəbər lenti
0