CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada bir hüzur var: Göz oxşayan əşyalar, dinclik verən musiqi və çay

© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
Abunə olmaq
Orada hər yerdə eşidilən səsləri eşitmirsən - Orada dinclik hökm sürür

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Bərdədəki "Qədirxum" adlı çay evindəki mənzərəni görüb, heyran olmamaq mümkün deyil. Çay ocağındakı hər bir əşyanın varlığında mənəvi zənginlik özünü göstərir. Giriş qapısından daxil olarkən ilk görünən əşyalar - saxsı bardaqlar, araba təkəri, cəhrə, nehrə, tərəzi, salondakı qədimi radiolar, patefonlar, şamdanlar insanı keçmişə aparır.

UEFA Avropa Liqası Muzeyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pulsuz olduğu üçün hamının marağına səbəb olan muzey

Çay evində rastlaşdığımız Qarayev deyir ki, burda ruhlar var. Dulusçunun, xalçaçının, ipəyirənin ruhları buradadır. Əlbəttə ki, mistik söhbətdir. Ancaq adama elə gəlir ki, həqiqətdir. Buranın aurasında bir dinclik var. Ortada quraşdırılmış odun sobası məkana istilik verir. Türk ruhuna uyğun düzəldilmiş çadır alaçıqlara bənzər hücrələr xoşagələndir. Azərbaycanın musiqi korifeylərinin vallarının əşyalar arasında yer alması məkanı xüsusilə cəlbedici edib. Divarlardan asılmış 50-60-cı illərin fotoları da olduqca maraqlı görünür. Nə varsa, xoşagələndir, maraqlıdır, düşündürücüdür.

Bu sehrli məkana gələnlər də az deyil. Məkan sahibi bildirir ki, buranı sakitliyinə görə seçənlər çoxdur: "Domino, nərdtaxta olmadığına görə burda sakitlik olur. Əvəzində musiqi səsi eşidirlər. Qədimi radiolarda, vallarda klassik Azərbaycan mahnıları, muğamlar səsləndirilir. Buna görə də bizim məkanı sevirlər. Tanıdıqca gələnlərin də sayı çoxalır. Buranı birinci dəfə görənlər heyrətə gəlirlər ki, Bərdədə belə yer var? Bakıdan gələn tanınmış idmançılarımız, turistlər xüsusi olaraq buranı seçirlər. Məkana olan maraq bizim bu işə həvəsimizi bir az da artırır".

Məkanın sahibi bildirir ki, tanınmaqdan ötrü reklamdan çox az istifadə ediblər. Bundan sonra isə reklam və piar işini gücləndirməyi düşünürlər.

© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
1/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
2/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
3/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
4/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
5/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
6/7
Bərdədəki "Qədirxum" adlı çay evi
© Sputnik / Musa MuradliBərdədəki "Qədirxum" adlı çay evi
Bərdədəki Qədirxum adlı çay evi - Sputnik Azərbaycan
7/7
Bərdədəki "Qədirxum" adlı çay evi
1/7
Bərdədəki "Qədirxum" adlı çay evi
2/7
Bərdədəki "Qədirxum" adlı çay evi
3/7
Bərdədəki "Qədirxum" adlı çay evi
4/7
Bərdədəki "Qədirxum" adlı çay evi
5/7
Bərdədəki "Qədirxum" adlı çay evi
6/7
Bərdədəki "Qədirxum" adlı çay evi
7/7
Bərdədəki "Qədirxum" adlı çay evi

O, çay evində sayı gündən-günə artan əşyaları haradan və necə almasından da danışır: "Həftədə bir dəfə Bərdədə işlənmiş əşyalar bazarı olur. Hər həftə çıxıb oradan xoşuma gələn bir əşya alıram. Köhnə radionu, kəfkiri oradan almışam. Orda elə əşyalar var ki, başqa bazarlarda əldə etmək mümkün deyil. Açığı, maddi vəziyyət imkan vermir. Yoxsa daha çox qədimi əşyalar alaram. Yaxşı sponsor olsa, mənə dəstək versə, tayı-bərabəri olmayan əşyaları alıb, burdakı eksponatların sayını bir az da artıraram".

Çay evinin sahibindən öyrənirik ki, buradakı zənginliyin içində çay dəsgahı cəmi 5 manatdır: "Qiymətlər Bakı, Sumqayıt ilə müqayisədə çox aşağıdır. Bəzən bu qiymətə baha deyirlər. Anlamırlar ki, qaz, işıq, su, yer pulunu, üstəlik də vergini ödəyəndən sonra qazancım heç xərclərimi qarşılamır. Dost-tanışlar deyir ki, gedib Bakıda bu işi qursam, yaxşı qazanaram. Amma mən bu işdən qazanc güdmürəm. Əsas istədiyim xalqımın tarixini yaşatmaq, qoruyub, saxlamaqdır".

Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında klassik avtomaşınlar sərgisi keçirilib. - Sputnik Azərbaycan
FOTO
Açıq səma altında muzey: Retro-avtomobillər

Kərbəlayi Elxan millətini, xalqını sevən adamdır. Burdakı toplanan əşyalar onun bu sevgisinin bariz nümunəsidir. Xalçalardan danışanda xalçaçılığa, qədimi əşyalardan danışanda bütün keçmişə maraq oyanır.

Məkan sahibi ilə Bərdənin turist marşrutuna salınmasını barədə də danışırıq. O, bunu çox əhəmiyyətli addım hesab edir: "Bərdə qədim tarixə malik şəhərdir. Yerin altı, üstü maddi mədəniyyət nümunələri ilə zəngindir. Haranı qazırsan, küp, saxsı qab qırıntıları çıxır. Turistlər üçün belə məkanlar maraqlıdır. Yaxşı olardı ki, aidiyyəti qurumlar bu amili nəzərə alardılar. Bərdə tarixi şəhər kimi bərpa olunardı. Turizmin bölgədə inkişafı üçün layihələr həyata keçirilərdi. Belə olarsa, Bərdənin tarixini, keçmişini təbliğ eləmək olar. Eyni zamanda bu addımlar həm də rayon sakinlərinin rifahının yaxşılaşmasına xidmət edər".

Xəbər lenti
0