03:27 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Gənc Tamaşaçılar teatrı

"Qızıl" anbar, süngər keçi, qaranlıq dəhliz... - Bir əsrlik məbəddən reportaj

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
27910

Məşqlər o qədər maraqlı gedir ki, izlədikcə sanki hazır tamaşaya baxmış kimi oluruq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. İnsanlar asudə vaxtını səmərəli keçirmək, həmçinin mənəvi dinclik tapmaq üçün teatrlara üz tuturlar. Teatr binasına daxil olar-olmaz isə incəsənət dünyasının əsrarəngiz sehrinə düşür, mənəvi qidalanırlar. Beləliklə də illərlə, aylarla, həftələrlə yığılıb qalmış yorğunluqlarını unudur, xoş əhval-ruhiyyə, yeni düşüncə ilə evlərinə yollanırlar.

İnsanlara mənəvi qida bəxş etməklə yanaşı, əyləndirən, güldürən incəsənət məbədlərindən biri də bu il 90 yaşını qeyd edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrıdır. Bir əsrə yaxın yaşı olan bu teatr sehrli aləmi ilə həm uşaq, həm gənc, həm də yaşlı tamaşaçılarını bihuş edir.

Əslində tamaşaçılar sadəcə hazır tamaşaya baxıb zövq alırlar. Bu zövqün arxasında duran çətinliklərdən, aylarla çəkilən əziyyətlərdən isə xəbərləri olmur.

Hikmət Rəhimov (solda) və Rasim Cəfər
© Фото предоставлено Х.Рагимовым

Sputnik Azərbaycan-ın əməkdaşı tamaşaçıları məhz teatrın pərdə arxasında baş verən işlərlə tanış etmək üçün Gənc Tamaşaçılar Teatrına yollanıb.

İşçilər üçün nəzərdə tutulmuş xidməti girişindən qədim teatr binasına daxil olub, yuxarı uzanan pillələrlə 4-cü mərtəbəyə qalxırıq. Bizi teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qarşılayıb salamlayır. M.Həmidovla qısa söhbətdən sonra bir-birimizə işlərimizdə uğurlar arzulayaraq ayrılırıq.

Daha sonra Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Lalə Azərinin müşayiəti ilə teatrda gündəlik görülən işlərlə tanış olmağa başlayırıq. Etiraf edək ki, binanın labirintə oxşayan dəhlizlərində tək olsaydıq, itə bilərdik.

Dəhlizin axırındakı qapı…

Nədənsə öncə dəhlizin lap sonunda yerləşən qapıdan başlayırıq. Qapını açar-açmaz bizi 6-7 gülər üzlü xanım qarşılayır. Buranın teatrın dərzi sexi olduğunu öyrənirik. Hər tərəf parçalarla, hələ tam hazırlanmamış geyimlərlə doludur. Prosesdən qızğın iş getdiyi aydın görünür. Öyrənirik ki, tezliklə təqdim olunacaq yeni tamaşa üçün geyimlər hazırlanır.

Dərzilərin rəhbəri İradə Mirişli ilə ayaqüstü də olsa söhbətləşirik. İradə xanım burada 25 ildir işlədiyini və artıq bu işə çox alışdığını deyir: "İstənilən tamaşanın öz geyimləri olur. Hər tamaşada azı 20-50 kostyum tikməli oluruq və geyimləri 7-10 günə hazır edirik".

  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
  • Gənc Tamaşaçılar teatrı
    Gənc Tamaşaçılar teatrı
    © Sputnik / Murad Orujov
1 / 21
© Sputnik / Murad Orujov
Gənc Tamaşaçılar teatrı

İ.Mirişli onu da vurğulayır ki, Azərbaycanda keçirilən mötəbər tədbirlərdə də məhz Gənc Tamaşaçılar Teatrının kostyumlarından istifadə olunur: "Bu atelyedə həm milli geyimlər, həm dünya xalqlarının paltarları, həm də digər cizgi filim qəhrəmanlarının libasları hazırlanır".

İradə xanım kollektivdəki gənc dərziləri göstərərək, "Özümüzdən sonra gənclərə də yol açırıq. Biz gedəndən sonra onlar da işləyə bilsinlər deyə".

Qızıldan qiymətli anbar…

Atelyedən çıxandan sonra növbəti məkana — tamaşalarda geyilən kostyumların saxlanıldığı otağa üz tuturuq. Öyrənirik ki, burada 60 tamaşada istifadə olunan geyimlər saxlanılır.

Anbarın rəhbəri Səmayə Piriyeva teatrda 2-3 belə anbarın mövcud olduğunu deyir. Bildirir ki, anbarlarda qorunub saxlanılan geyimlərin hamısına nəzarət edilir: "Tamaşadan əvvəl kostyumlar aktyorlara təhvil veririk. Tamaşa bitəndən sonra onlar geyimləri bizə təhvil verirlər".

Səmayə xanım anbarda qorunan geyimlərin mütəmadi olaraq təmizləndiyini, ehtiyac olanda bərpa edildiyini əlavə edir: "Biz geyimlərə baxırıq. Lazım olanda kimyəvi təmizlənməyə verilir, yuyulur, ütülənir. Daha sonra növbəti tamaşa üçün hazır hala gətirilib yenidən anbara yerləşdirilir".

Süngərdən keçi başı…

Anbardan Buxafor sexinə yollanırıq. Sex adının qəribəliyi kimi özünəməxsusluğu ilə də seçilir. Burada rəssamın tamaşa üçün hazırladığı eskizləri əsasında əşyalar hazırlandığını öyrənirik. Bizi sexin rəisi Şahin Hüseynli qarşılayır və bəzi məlumatlar verir: "Burada, eyni zamanda alətlər və əlavə dekorasiyalar hazırlanaraq teatrın anbarına təqdim edilir".

Bizimlə danışa-danışa əlində yeni tamaşa üçün süngərdən keçi kəlləsi kəsən sex rəisi bildirir ki, istifadə zamanı aktyorlar çətinlik çəkməsin deyə əşyaların hazırlanmasında yüngül məhsullardan istifadə edilir. Əks halda istifadədə çətinlik yarana bilər.

Ş.Hüseynliylə və dekorçu Rəhilə Məlikovaya işlərində uğurlar arzulayıb yolumuza davam edirik.

Qaranlıq dəhliz…

Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim Zakiroğlu

Yarıqaranlıq dəhlizdən keçərək növbəti məkana – teatr sexinə üz tuturuq. Dəhlizin hər tərəfi tamaşalarda istifadə olunan dekorlarla sanki bəzədilib. Sözün düzü, bir-birinin üzərinə qalaqlanmış dekorlar teatr dəhlizinə bir ayrı gözəllik verir.

Dekor sexinin bizi məmnunluqla qarşılayan və səmimi söhbət edən rəhbəri Rəcəb Vəliyev 10 ildən çoxdur teatrın dülgər sexində işlədiyini deyir: "Amma ümumilikdə 20 ildir bu sahədəyəm. Kənardan baxanda bu sənət çox asan görünür. Elə özümə də əvvəllər elə gəlirdi ki, dekor hazırlamaq asandır. Amma elə deyil. Həm çətindir, həm də məsuliyyətli".

Onu da bildirir ki, tamaşa zamanı həm tamaşanın, həm də aktyorların həyatı onlardan asılıdır: "Bu günə kimi hazırladığım bütün əsərlərim çətin olub. Axı yaratdığım dekorlardan aktyorlar istifadə edir. Ani diqqətsizlik onların səhnədə yıxılmasına, zədə almasına və tamaşanın pis alınmasına səbəb ola bilər. Ona görə də çalısıram ki, işlərimizi daha diqqətli görək".

Cadugər Qarqamel…

Həm vahiməli, həm də maraqlı olan bu qeyri-adi məkanla tanışlıqdan sonra dekorların arası ilə keçib teatrın "ürəyinə" — səhnəyə doğru addımlayırıq.

Bizi bu müqəddəs teatr məbədində qarşılamış direktoru yenidən səhnədə görürük. Tamaşa ilə necə maraqlandığına, işlərin hansı mərhələdə olduğuna nəzarət etdiyinə, gedişatı izlədiyinə şahid oluruq.

Səhnədə quruluşçu rejissor Elşad Rəhimzadənin hazırladığı P.Cullifordun "Şirinlər" pyesi əsasında hazırlanmış eyniadlı yeni tamaşanın məşqləri gedir. Doğrusu məşqlər o qədər maraqlı gedir ki, izlədikcə sanki hazır tamaşaya baxmış kimi oluruq.

Tamaşada Qarqamel pişiyi ilə şirinləri ovlamaq niyyətindədir. Bütün tamaşa boyu məhz şirinləri ovlamağa çalışır. Biz tamaşanın məşqini tərk edəndə cadugər Qarqamel şirinlərdən birini oğurlamağı bacarır.

Ardını isə burada saxlayırıq. Şirinin başına gələnləri tamaşanın yaxın günlərdə olacaq premyerasında baxmağı düşünürük və oxucularımıza da tövsiyə edirik.

Sonda qeyd edək ki, tamaşada gənc aktyorların daha çox rol alması teatrda diqqətimizi çəkən məqamlardan biri olur.

Teqlər:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, reportaj, səhnə, tamaşa

Əsas mövzular