Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatr mövsümü qapanır

© Photo : REPORTYUĞ Dövlət Teatrının binası. Arxiv şəkli
YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yuğ Dövlət Teatrı 28-ci mövsümünə yekun vurur

BAKI, 13 iyul — Sputnik. Yuğ Dövlət Teatrı 28-ci mövsümünə iki yeni tamaşa ilə yekun vurur. Belə ki, 13 iyul saat 19.00-da "Medeya. Sekvensiya 001", 14 iyul saat 19.00-da "Rindi-Şeyda" tamaşalarının premyerası baş tutacaq. 

Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, V. Klimenkonun "Medeya Teatrı" pyesi əsasında hazırlanan "Medeya. Sekvensiya 001" tamaşasının quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır.

Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"YUĞ" Teatrı yeni binaya daşınır

Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. "Medeya. Sekvensiya 001" — aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Mərcan Dədənin "Sufi arzuları" musiqili kompozisiyası əsasında hazırlanan "Rindi-Şeyda" tamaşasının ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Aytən Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada YUĞ Teatrının aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov iştirak edir. Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlı Odərin poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

Xəbər lenti
0