16:14 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
504 0 0

Reper Dado: "Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq"

BAKI, 11 dekabr — Sputnik. "Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı, demək olar, mən məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən "Instagram"da yazacağına inanmadım. Mənim ucbatımdan oldu".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə reper Səid Əliyev (Dado) öz "Instagram" profilində yazıb. O, Natavan Həbibinin bir neçə həftə bundan əvvəl boşanacağı barədə paylaşımına, evliliklərinin saxta olması ilə bağlı yayılan məlumatlara birdəfəlik son qoymaq qərarına gəlib.

Bugünden sonra bütün söhbetlere SON!!!! Natavan xanımı men demek olar ki mecbur eledım ki bowanmağımızın haqqında açiglama etsin. O istemirdı açiglasın bunu. Aramızda çox böyük ve cıddi problem yawandı. Esebe hakim ola bilmedık. Ve onu mecbur ederken bele, eslinde inanmırdım ki yazacaq. Sadece inadkarlıg etdık ikimizde. O da yazdı açigladı, amma heç istemirdı bu barede danıwsın kimese. Neise.. Menim ucbatımdan oldu. Men ümüd edırem ki biz barıwarıq nevaxtsa. Bariwmasaq bele o demek deyil ki kimse gözünü yumub ağzına geleni danışa biler. Yene qoymaram! Bizi isteyenler de istemeyenler de sagolun. Gözümüzü biraz da açdız. Dostumuz kimdı, düşmenimiz kimdı aydın göre bildik. Şükür! Qısmet! Biz ikimiz de ailemizi qorumaq üçün elimizden geleni edırik hal hazırda. Bir birimizden çox uzag olsag da bele.. Qalan bow bow söhbetlere, hansısa özünü tanımayanların sözüne esla ve esla inanmayin! Men kiwiyem! Pula satılan mehluqların söhbeti bizi ancag güldüre biler)Saxta evlilik, alınan bey, kiminse acığına toy ve s.. Kino kimi) Sadece Heyif ki indi ailemle bir yerde oturub güle bilmirik bunlara.. Hemin weyleri danışan ve ya reklam edırler özlerini deyen insanların bawina da bu hadıseler gelse, biz “eceb oldu” demerik, heyatdır, Allahın qısmetıdır deyib,xowbextlik arzulayarıq yene. Çunki heç kim bilmir sabah onun ve ya onun doğmaların bawina neler gelecek. Amma her weyin sonu olduğu kimi, menim sebrimin de sonu var! Ağıllı olun! MÖVZU BAĞLANDI!!!! Susun artıq. İmkan verin problemimizi hell edek. Günde bir söz çixartmayin. Bir defe dedık qurtardı. Bowansaq da bileceksiz, bowanmasaq da. Sizin yaratdığınız söz- söhbet aramıza elave problem salmır elbetde, çunki biz yaxwi tanıyırıq bir birimizi, sadece doğmalarımızı üzür. Biz de bunu heç istemirik. Wekilde yazıldığı kimi: heç kimin günahını almayin, haqqına girmeyin. Bizim günahlarımızı da alan çox adam tapıldı 👍🏼 Nuş olsun!) yazığsız)) Hamıya sevgi arzu edırem. Sevin,sevilin ve sevginizi heç kimin ayağına vermeyin! #dado#seidvari

Публикация от D A D O (@dadoaliyevofficial) Дек 10 2017 в 4:10 PST

 

"Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq. Barışmasaq belə, bu, o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə icazə vermərəm" — o bildirib.

"Bizi istəyənlər, istəməyənlər sağ olun. Gözümüzü bir az da açdınız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik. Hazırda ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən uzaq olsaq belə" — Dado əlavə edib.

Reper fikrinə belə davam edib: "Qalan boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın. Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s. Kino kimi… Sadəcə heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər" deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu" demərik. "Həyatdır, Allahın qismətidir" deyib xoşbəxtlik arzu edərdik".

"Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin, problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitti. Sizin yaratdığınız söz-söhbət aramızda əlavə problem yaratmır. Bir-birimizi yaxşı tanıyırıq, sadəcə olaraq doğmalarımızı üzür. Biz də heç bunu istəmirik. Heç kimin günahını almayın, haqqına girməyin. Bizim günahlarımızı da alan çox adam tapıldı" — o vurğulayıb.

Əlaqədar

Məşhur müğənni ağır əməliyyat olundu: yeni ürək köçürüldü
Məşhur müğənni vəfat etdi
Yenidən Pərvin Abıyeva: "Aktrisa və ya müğənnisənsə, deməli fahişəsən..."
Məşhur müğənni intim səhnəli klip təqdim etdi
Dünyanın ən çox qazanan müğənnisi məlum oldu
Teqlər:
ayrılıq, reper Səid Əliyev, Dado, Natavan Həbibi, boşanma, evlilik

Əsas mövzular