BAKI, 11 dekabr — Sputnik. "Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı, demək olar, mən məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən "Instagram"da yazacağına inanmadım. Mənim ucbatımdan oldu".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə reper Səid Əliyev (Dado) öz "Instagram" profilində yazıb. O, Natavan Həbibinin bir neçə həftə bundan əvvəl boşanacağı barədə paylaşımına, evliliklərinin saxta olması ilə bağlı yayılan məlumatlara birdəfəlik son qoymaq qərarına gəlib.
"Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq. Barışmasaq belə, bu, o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə icazə vermərəm" — o bildirib.
"Bizi istəyənlər, istəməyənlər sağ olun. Gözümüzü bir az da açdınız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik. Hazırda ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən uzaq olsaq belə" — Dado əlavə edib.
Reper fikrinə belə davam edib: "Qalan boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın. Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s. Kino kimi… Sadəcə heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər" deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu" demərik. "Həyatdır, Allahın qismətidir" deyib xoşbəxtlik arzu edərdik".
"Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin, problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitti. Sizin yaratdığınız söz-söhbət aramızda əlavə problem yaratmır. Bir-birimizi yaxşı tanıyırıq, sadəcə olaraq doğmalarımızı üzür. Biz də heç bunu istəmirik. Heç kimin günahını almayın, haqqına girməyin. Bizim günahlarımızı da alan çox adam tapıldı" — o vurğulayıb.