15:55 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
381011

Kütlə sənətdən o qədər uzaq düşüb ki, bir müğənninin yarıçılpaq şəklinə baxanda orda sənət yox, erotika görür

BAKI, 23 avqust — Sputnik. Adətən, gündəmdə olan şou xəbərlərini və cəmiyyətin bu xəbərlərə münasibətini bir o qədər də önəmsəmirəm. Lakin, bəzi məsələlərə lazımsız, boş yerə zaman sərf edən, ən əhəmiyyətsiz hadisələri özü üçün dağ boyda problemə çevirən kütləni görəndə, bu haqda düşünmək lazım gəlir.

Bir neçə gündür ki, xalq artisti Aygün Kazımovanın bir oğlanla yarıçılpaq yataq fotosu müzakirə olunur. Bütün müzakirələrin əsas sualı da budur ki, xalq artisti niyə soyunub, əxlaqsız şəkil çəkdirib və bunu yayımlayıb?

Sonra məlum oldu ki, yayılan foto klip çəkilişindəndir. Lakin, müzakirələr yenə səngimədi. Növbəti sual belə oldu ki, xalq artisti niyə erotik klip çəkdirir?

Fürsət düşmüşkən mən də bir neçə sual ünvanlayım: xalq artisti niyə erotik klip çəkdirməsin ki? Məgər "xalq artisti" fəxri adının xüsusi nizamnaməsi var? Məgər bu titulu daşıyanlar xüsusi şərtlərə əməl etməlidirlər? Məgər onların erotikaya, pornoya çəkilmək ixtiyarları əlindən alınıb?

Biz zamanda niyə geri gedirik? Bəlkə kimsə bizdə zaman maşını ixtira edib və bu boyda məmləkəti yerləşdirib o zaman maşınına, keçmişə göndərir?! Milli əxlaq təəssübkeşlərinin bütün problemi, dərdi-səri sənət adamlarının soyunmasıdır. Sanki ucu-bucağı görünməyən problemlərimizin milli əxlaqa heç bir aidiyyəti yoxdur.

İndiyə qədər xalq artistlərinə cəmiyyətin ünvanladığı elə bir suala rast gəlmədim ki, ümumi mədəni-ictimai problemlərimizlə bağlı olsun. Hörmətli xalq artistlərindən soruşulmur ki, niyə "Pulitser", "Oskar", "Qremmi" kimi dünya səviyyəli mükafatları almırlar? Amma niyə soyunmaqları, niyə iki-üç dəfə ailə qurmaqları, niyə özlərindən yaşda kiçik biri ilə evlənmələri dərhal mühakimə olunur.

Əgər bu xalq öz artistinin qayğısına qalır, onu sevir və ondan öz mədəni inkişafı üçün bəhrələnmək istəyirsə, onun soyunmağı ilə, yataq həyatı ilə yox, yaradıcılığı ilə maraqlanmalıdır. Ən əsası da klipində erotik səhnələr olan bir müğənnimizi daşlamaq yox, dünya ulduzları ilə müqayisə etmək lazımdır. Biz ki, "bizdə belə ulduz yoxdur" dediyimiz Şakiranı, Bionsu, Rihannanı başıbağlı görməmişik!

Aygün Kazımova Azərbaycanın müasir musiqisi və ümumiyyətlə, mədəniyyəti üçün çox dəyərli şəxsdir. O, özünün bütün yenilikləri ilə səhnəyə kifayət qədər uğurla xidmət edib. Onun heç bir örtüyə ehtiyacı yoxdur və dünyanın hər yerində tanınan ulduzlardan heç nəyi ilə geri qalmır.

Onun əsas problemi xalqdan görmədiyi sevgi və dəstəkdir. Doğrudur, bir müğənni kimi geniş pərəstişkar auditoriyası var. Lakin, bütün dünya ulduzlarını onların xalqı və dövləti dünya ulduzu edib. Bizdə isə Aygün Kazımovanı dünya ulduzu edəcək kimsə yoxdur.

Kütlə sənətdən o qədər uzaq düşüb ki, bir müğənninin yarıçılpaq şəklinə baxanda orda sənət yox, erotika görür. Məsələn, mən çox istərdim ki, həmin məşhur fotonun bədii-estetik problemləri müzakirə olunsun. Kütlə etiraz etsin ki, yerdə oturan Aygün Kazımovanın və yataqda uzanan oğlanın büründükləri ağ niyə səliqəsizdir? Niyə rejissor həmin yatağa estetik dağınıqlıq yox, eybəcər səliqəsiz görünüş verib? Həmin fotonun problemləri bunlardır, oradakı çılpaqlıq deyil.

Bütün müqəddəslərə and olsun ki, xalq artistlərinin soyunması, erotikaya, pornoya çəkilməsi onları xalqdan və sənətdən məhrum etmir. Onları xalqdan və sənətdən məhrum edən xalqın onlara və sənətə olan dar çərçivədən baxmasıdır.

Əlaqədar

Xalq artisti bakılılara sürpriz edib
Azərbaycanın xalq artisti "erməni qalmaqalı"nda
Xalq artisti reanimasiyaya yerləşdirildi
Zaqafqaziyanın ilk SSRİ xalq artisti
Xalq artistimiz bu dəfə Minskdə Karmeni canlandıracaq
Xalq artisti Ağaxan Abdullayev dünyasını dəyişib
Teqlər:
Aygün Kazımova, soyunmaq, yataq, erotika, porno, xalq, səhnə, sənət, xalq artisti

Əsas mövzular