Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib

© Photo : PUBLIC DOMAINНародная артистка Азербайджана Гендаб Гулиева.
Народная артистка Азербайджана Гендаб Гулиева. - Sputnik Azərbaycan
Abunə olmaq
Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb

BAKI, 26 iyun — Sputnik. Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə xanəndənin oğlu Hafiz Həmidov məlumat verib.

Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Xalq artisti reanimasiyaya yerləşdirildi

Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.

Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.

Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulmuşdu.

Qəndab Həbib qızı Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb.

İlk muğam müəllimi Nəriman Əliyev olub. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Teatrın səhnəsində Leyli ("Leyli-Məcnun"), Əsli ("Əsli və Kərəm"), Ərəbzəngi ("Şah İsmayıl"), Şahsənəm (Aşıq Qərib"), Gülbahar ("Gəlin qayası"), Xanəndə qız ("Vaqif") rollarını yaradıb.

Xəbər lenti
0