02:58 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Tariyel Məmmədov

"Şərq dünyasında ilk baleti Əfrasiyab Bədəlbəyli yazıb"

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
52 0 0

Tariyel Məmmədov: "Bu cür əsərləri Bakı Musiqi Akademiyasında tələbələr böyük sevgi ilə öyrənirlər"

BAKI, 10 iyun — Sputnik. ""Eşq və ölüm" baleti ilk olaraq rəqs edən ölümü pianonun akkordları ilə təqdim edir. Bu cür əsərləri Bakı Musiqi Akademiyasında tələbələr böyük sevgi ilə öyrənirlər. Şərq dünyasında ilk baleti də məhz Əfrasiyab Bədəlbəyli, Polad Bülbüloğlunun da dediyi kimi, bu videokörpüdə iştirak edən Fərhad Bədəlbəylinin əmisi yazmışdı".

Sputnik xəbər verir ki, bu sözləri Tariyel Məmmədov Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib. Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.

Minskdəki iştirakçılar:
— "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu;
— MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.
Bakıdakı iştirakçılar:
— məşhur musiqişünas və diplomat Nigar Axundova;
— Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova;
— Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov.

Əlaqədar

İlk Azərbaycan baletinin müəllifi
Opera və Balet Teatrı yeni mövsümə premyera ilə başlayacaq
Azərbaycanın opera sənətçiləri Qırğızıstana yollanırlar
İlk opera müğənnimiz
Teqlər:
Tariyel Məmmədov, Əfrasiyab Bədəlbəyli, Şərq dünyası, "Eşq və ölüm", Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu

Əsas mövzular