Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Minskə gəlin, bura çox gözəl şəhərdir"

© Sputnik / Murad OrujovMinsk-Bakı videokörpüsü
Minsk-Bakı videokörpüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Fərhad Bədəlbəyli: "Bu, MDB məkanında böyük bayram olacaq. Azərbaycandakı və dünyadakı dostlarımı da bu bayrama dəvət edirəm"

BAKI, 10 iyun — Sputnik. "Sabah mənim üçün bayram olacaq, çünki dostumun əsərinin premyerası olacaq. Bu, MDB məkanında böyük bayram olacaq. Dostumu baletin premyerası münasibərilə təbrik edirəm. Azərbaycandakı və dünyadakı dostlarımı da bu bayrama dəvət edirəm. Minskə gəlin, bura çox gözəl şəhərdir".

Bu sözləri tanınmış bəstəkar Fərhad Bədəlbəyli, Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib. Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.

Minskdəki iştirakçılar: "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu; MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.

Bakıdakı iştirakçılar: məşhur musiqişünas və diplomat Nigar Axundova; Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova; Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov.

Xəbər lenti
0