CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avazları yaxşı gəlirdi, amma oxuduqları bu dəfə də Quran olmadı - Suya düşmüş xəyallar

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМужчина осматривает новую квартиру
Мужчина осматривает новую квартиру - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırlayıram, Sosial mənzil layihəsində də bu cür pərişanlıq yaşamışdım. Şərtlər qətiyyən mənə uyğun gəlmirdi. (Ya da mən şərtlərə uyğun deyildim.) Sonradan Sosial mənzil layihəsindən ev alıb, kirayə verənləri görəndə dərk etdim ki, bu layihədən bizə fayda gəlməz

BAKI, 22 yanvar - Sputnik. Evsizlik, kirayələrə xərclədiyim pullar, mənzil problemi məni narahat etmir. Dost-tanışımın əksəriyyəti eyni problemlə çarpışdığı üçün bir az da təskinlik tapıram. Əslində dərviş kimi yaşayıram. Bütün həyatım boyu qazandıqlarım, mənə aid bütün əşyalar iki yığcam çamadana sığışır. Bərkə düşsəm, yeraltı keçidlərdə, park skamyalarında, yarımçıq tikililərdə, internet klublarda gecələyərəm. Açığı, sadaladıqlarımın hamısını gənclik illərimdə yaşamışam. Revmatizm, böyrək ağrıları evsizliyin və şəraitsizliyin mənə bəxş etdiyi "nemətlərdir".

Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu gün satışı həyata keçirəcək fond alıcılara maraqlı mesaj yolladı

Kirayə qaldığım evlərdə yaşadığım stress və əsəb, sonra divarlarına belə alışdığım mənzildən əşyalarımı daşıyanda çəkdiyim mənəvi ağrını ifadə etmək çətindir. "Özgə qapılarında" itib-batan, qırılan, yararsız hala düşən əşyalarım yadıma düşdükcə əzab çəkirəm. Bu böyük köçlər zamanı ən böyük ziyan kitablarıma dəyir və az qala hər 6-7 aydan bir təkrarlanan bu prosedur məni ruhdan salırdı. Çarəsini tapdım. Bütün kitablarımı qablaşdırıb, doğulduğum kəndə apardım. Bir qismini dost-tanışa, kitab həvəskarlarına payladım, bir qismini də ata evimdəki darısqal otağıma doldurdum. İndi kitablarımdan və övladlarımdan ürəyim rahatdır. Kitablarıma hələ ki valideynlərim, övladlarıma da anası qucaq açıb. Artıq ev, mənzil nəyimə lazımdır?

Artıq ev sahibi olmaq mənim üçün şirin bir xəyaldan başqa bir şey deyil. Elə şeylər var ki, uğrunda mübarizə aparmağa, əziyyət çəkməyə dəyməz. Ev üçün kimlərinsə qarşısında əzilib-büzüləsi, boynumu bükəsi deyiləm. Dövlətdən heç bir halda dəstək-filan gözləmirəm. Heç gileylənmirəm də. Mənə verilən bu ömrü başa vurmaq üçün bir çarpayı, balaca bir hamam kifayət edir. Digər zəruri ehtiyacları müxtəlif yollarla ödəmək mümkündür. Kitablarımı dizimin üstündə yazaram, sakit kafelərdə də tərcüməmi edərəm. Yaşamaq üçün hər cür şəraitim var, çox şükür. Şəhərin ən səs-küylü prospektində kirayədə yaşayıram. Gecələr şütüyən, səhərlər siqnal verən avtomobillər rahatlığımı pozsa da, mən heç nədən narazı deyiləm. Bu bir az da düşdüyüm vəziyyətlə barışmaqla bağlıdır. Bundan sonrakı həyatımı heç bir halda planlaşdıra bilmirəm. Qəribə sürprizlərə psixoloji cəhətdən hazıram. Belə gəlib, belə gedəcək, deyəsən…

Дом под заселение, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə veriləcək evlərin qiymətləri açıqlanıb

Kirayələrdən şikayətənən dostlarımı, tanışlarımı yaxşı anlayıram. Evsizlik, sadəcə sosial-iqtisadi problem deyil, həm də mənəvi-psixoloji problemdir. 17 il kirayələrdə yaşayan biri olaraq bu problemin psixologiyama mənfi təsirini danmıram. Ətrafımdakı insanların necə əziyyət çəkdiyini, evsizliyin gənc ailələrdə yaratdığı problemləri qəlbən anlayıram.

Hər halda insanın yaşamaq üçün bir evi, heç olmasa, bir daxması olmalıdır.

Uğursuz sosial layihələr…

Kirayə evlər layihəsi haqqında söz-söhbət gəzməyə başlayanda, dostlar təklif etmişdilər ki, müraciət edim. Amma inanmadığım, ümidim olmadığı üçün bu barədə addım atmadım. Elə bu günlərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin siyahısını açıqlayıb və məlum oldu ki, bu layihə də mənim kimi adamlara heç bir fayda verməyəcək. Mənzillərin yeri, ilkin ödəniş şərtləri, mənzillərin bir kvadratmetrinin qiyməti çox fantastik, mənzillərin sayı isə azdır.

Xatırlayıram, Sosial mənzil layihəsində də bu cür pərişanlıq yaşamışdım. Şərtlər qətiyyən mənə uyğun gəlmirdi. (Ya da mən şərtlərə uyğun deyildim.) Sonradan Sosial mənzil layihəsindən ev alıb, kirayə verənləri görəndə dərk etdim ki, bu layihədən bizə fayda gəlməz.

Xalqımızın leksikonunda ailə qurmaq, evlənmək ifadəsinin ekvivalenti kimi çox vaxt "ev-eşik sahibi olmaq" ifadəsi istifadə edilir. Nə qəribə ifadədir: "ev-eşik sahibi olmaq"…

Bu gedişlə kirayə arzularla, kirayə mənzillərdə ömrümüzü çürədəcəyik. Dövlətin "sosial" layihələri belə, bizim kimiləri öz qanadı altına almır, ala bilmir.

Məncə, Kirayə evlər də bu baxımdan fiaskoya uğramış layihədir. Kimlərsə faydalana biləcəksə, halal olsun. Necə deyərlər, qar qar üstünə yağar…

Hamısı yalan imiş - qiymətlərdən şoka düşən kirayə mənzil alıcılarına Fonddan məsləhət>>

Kirayə mənzil layihəsi mənim kimi aztəminatlı insanları sevindirmişdi, amma məlum oldu ki, bu "sosial" layihə çərçivəsində mənzil sahibi olmaq üçün yüksək məbləğdə maaşın, yaxşı qazancın olmalıdır. Sadaladıqlarım da olmadığı üçün bu barədə düşünməyə dəyməz.

Qapıda açar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə mənzillərin satışında problem

Gözləyək, görək bu layihədən kimlər faydalanacaq. Tezliklə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun siyahısını açıqladığı kirayə mənzillərin işbazlar tərəfindən kirayə verildiyini görsəniz, çaşmayın, təəccüblənməyin. Çünki dövlətin jurnalistlər üçün tikdiyi binada da, sosial mənzillərdə də ehtiyacı olmayanlar mənzil sahibi olub və ehtiyacı olanlara bu mənzilləri kirayəyə verirlər.

Xülasə, təəssüf ki, böyük ümidlərlə kirayə mənzil layihəsinin elanını göləyənlərin də ümidləri suya düşdü. Heç bir halda bu layihəyə ümidim olmasa da, dostlarla, tanışlarla, kasıb və fəqirlərlə birgə mən də üzüldüm.

Sosial təminatı yüksək olan bir ölkənin yazıçısı olmaq istərdim…

Dövlətin verdiyi mənzildə yaşamaq, romanlarımı, hekayələrimi, ssenarilərimi yazmaq, ədəbiyyata və mədəniyyətə məişət qayğıları olmadan xidmət etmək istərdim. Ya da sənətə və ədəbiyyata dəyər verilən bir ölkədə yaşayıb, yazdığım kitabların qonorarı ilə mənzil sahibi olmağı istərdim…

Hər halda, bu arzularımın da üstündən xətt çəkmişəm…

Xəbər lenti
0