CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə mənzillərin satışında problem

© AP Photo / Jerome DelayQapıda açar, arxiv şəkli
Qapıda açar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kirayə mənzillər üçün qeydiyyatdan keçmək istəyən vətəndaşlar, Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinetə daxil ola bilsələr də, qeydiyyatdan keçə bilmirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Satmaq öhdəliyi ilə kirayə evlərin satışı üçün "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinet çöküb. Sputnik Azərbaycan-ın məlumatına görə, kirayə mənzillər üçün qeydiyyatdan keçmək istəyən vətəndaşlar, Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinetə daxil ola bilsələr də, qeydiyyatdan keçə bilmirlər. Sputnik Azərbaycan yaranmış problemlə bağlı İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova ilə əlaqə saxlamağa dəfələrlə cəhd etsə də, qurumun sözçüsü telefonu açmayıb. Qurumun "1549" Qaynar Xətti" isə məşğul olduğundan əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, kirayə müraciət üçün satmaq öhdəliyi ilə kirayə müqaviləsinin bağlanılması üçün ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin müraciəti gücləndirilmiş elektron imza sertifikatı ilə Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş "Elektron İpoteka və Kredit Zəmanət" sistemində (EİKZS) yaradılan elektron kabinet vasitəsilə edilir. Elektron kabinetdə ərizəçi və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvləri barəsində zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, kredit bürolarına, fiziki və hüquqi şəxslərə Fond tərəfindən sorğu göndərilməsinə razılıqları verilir və ilkin qiymətləndirmənin şərtlərinə uyğun olduqları halda tərəflərindən müvafiq ərizə-anket forması doldurulur. Müraciətlər real vaxt rejimində EİKZS-də qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün müraciətlər qeydiyyata alınmalı idi. Lakin hazırda onlayn sistemdə problemlər yaranıb.

Xəbər lenti
0