21:50 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
16 0 0

COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.

BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Bu barədə Sputnik Azərbaycan-a İsrailin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.

AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.

Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air" və "Arkia Airlines" Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.

Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.

Həmçinin oxuyun:

Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə

Teqlər:
İsrail, aviareys, Azərbaycan

Əsas mövzular