https://sputnik.az/20210824/Reza-Deqati-Fuzuli-Beynelxalq-Hava-Limani-ile-bagli-fotolarini-paylasib-427764373.html
Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə
Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə
Sputnik Azərbaycan
Deqati deyib ki, davam edən işlər həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T13:25+0400
2021-08-24T13:25+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
qarabağ
füzuli
aeroport
reza deqati
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690209_16:0:3072:1728_1920x0_80_0_0_ce21d411add6de5655d9c0b26cb2ff1c.jpg
BAKI, 24 avqust — Sputnik. Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları "Instagram" səhifəsində paylaşıb.Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati paylaşımında 2020-ci ilin oktyabrından bu günə qədər 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkdiyini deyib: "Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir".Məşhur fotoqrafın dediyinə görə, əsas maneə erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir: "Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir. Buraya ilk təyyarə sentyabrın 5-də enəcək. Daha çox "Qarabağ İntibahı" hekayələri üçün səhifəni izləməyə davam edin".Məlumat üçün bildirək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək.Eləcə də oxuyun:"Füzuli" Beynəlxalq hava limanında xüsusi uçuşlar keçirilir - VİDEOLaçın aeroportu, "pambıq pulu", öz çörəyimiz - Həftənin iqtisadi mənzərəsiAZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427690209_322:0:3072:1728_1920x0_80_0_0_e2f991acd9875b2f26e291929f259ba7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, füzuli, aeroport, reza deqati, azərbaycan
xəbərlər, füzuli, aeroport, reza deqati, azərbaycan
Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə
13:25 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Deqati deyib ki, davam edən işlər həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir.
BAKI, 24 avqust — Sputnik. Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları "Instagram" səhifəsində paylaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, Reza Deqati paylaşımında 2020-ci ilin oktyabrından bu günə qədər 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkdiyini deyib: "Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir".
Məşhur fotoqrafın dediyinə görə, əsas maneə erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir: "Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, aeroport bir neçə ay ərzində tikilmir. Buraya ilk təyyarə sentyabrın 5-də enəcək. Daha çox "Qarabağ İntibahı" hekayələri üçün səhifəni izləməyə davam edin".
Məlumat üçün bildirək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Ancaq laboratoriya yoxlamaları sınaq uçuşundan əvvəl avqustun 25-dən sonra həyata keçiriləcək.