https://sputnik.az/20210825/srail-irktlri-Azrbaycana-aviareyslri-brpa-edck-427773742.html
İsrail şirkətləri Azərbaycana aviareysləri bərpa edəcək
İsrail şirkətləri Azərbaycana aviareysləri bərpa edəcək
Sputnik Azərbaycan
COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T23:22+0400
2021-08-25T23:22+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
israil
aviareys
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427094186_0:108:3073:1836_1920x0_80_0_0_57cef4e6516cdbaf73303395115e4bb5.jpg
BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Bu barədə Sputnik Azərbaycan-a İsrailin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air" və "Arkia Airlines" Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.Həmçinin oxuyun:Füzuli Beynəlxalq Hava Limanı məşhur fotoqrafın gözü ilə
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1f/427094186_0:0:2731:2048_1920x0_80_0_0_f18ab68a707a0aaafef27ee70d0abf31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, israil, aviareys, dünya, azərbaycan
xəbərlər, israil, aviareys, dünya, azərbaycan
İsrail şirkətləri Azərbaycana aviareysləri bərpa edəcək
23:22 25.08.2021 (Yenilənib: 00:02 17.11.2021) COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
BAKI, 25 avqust — Sputnik. Avqustun 25-də AZAL-ın prezidenti
Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Corc Diklə ikitərəfli görüşdə ölkələr arasında, o cümlədən mülki aviasiya sahəsində qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Bu barədə
Sputnik Azərbaycan-a İsrailin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.
AZAL rəhbərliyi qeyd edib ki, COVID -19 pandemiyası səbəbindən bağlanan iki ölkə arasındakı hava sərhədləri açıldıqdan sonra, "Azərbaycan Hava Yolları" həftədə iki dəfə - cümə axşamı və bazar günləri Bakı ilə Təl-Əviv arasında uçuşlar həyata keçirir.
Corc Dik, öz növbəsində, vurğulayıb ki, bu payız İsrail aviaşirkətləri "ISR Air" və "Arkia Airlines" Azərbaycana uçuşları bərpa etməyi planlaşdırır.
Tərəflər, karantin məhdudiyyətlərinin yumşaldılması və epidemioloji vəziyyətin yaxşılaşması ilə İsrail və Azərbaycan arasında sərnişin axınının və yük daşımalarının artırılması imkanının nəzərdən keçiriləcəyinə əmin olduqlarını bildiriblər.