13:30 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
1513

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

BAKI, 2 iyun — Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nazirlik iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkillərini, adlarını, soyadlarını, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

"Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.

Bu link vasitəsilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə tanış olmaq olar.

https://mod.gov.az//images/pdf/e6b76107ea25563388c2b8a28c09ba90.pdf

Həmçinin oxuyun:

Azərbaycan Ordusunun itkin düşən daha iki hərbçisinin nəşi tapılıb

Müdafiə Nazirliyi itkin düşmüş hərbçilərin sayını açıqlayıb

Əsas mövzular