14:38 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
23

İtkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

BAKI, 22 may — Sputnik. Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Sputnik Azərbaycan-a Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah rəhmət eləsin!

Eləcə də oxuyun:

* Daha bir hərbçimizin şəhidlik xəbəri gəldi

* Avropa Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiasına baxılır - nə gözləyək?

* Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayılıb

 

Teqlər:
şəhid, itkin, azərbaycanlı, hərbçilər

Əsas mövzular