Müdafiə Nazirliyi itkin düşmüş hərbçilərin sayını açıqlayıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidАзербайджанские военнослужащие, фото из архива
Азербайджанские военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

BAKI, 8 may — Sputnik. Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin yeni siyahısını yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 8-dək itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd olunub ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Həmçinin oxuyun:

İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapıldı

Xəbər lenti
0