00:52 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Ağır atletika məşqləri, arxiv şəkli

Bir dəfə bağışladılar, yenə "səhv" etsələr nələr olacaq?

© Sputnik / Grigory Sysoyev
AZƏRBAYCAN
Qısa URL
240 0 0

Sərxan Musalı: "Amma növbəti Olimpiadada medal perspektivi görmürəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. Ağır atletlərimiz üçün sevindirici xəbər gəlib. Belə ki, Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən cəzalı olan yeniyetmə idmançılarımızın cəzaları bağışlanıb. Bu da bir müddət yarışlardan kənar qalan idmançılar üçün yaxşı xəbərdir.

Sputnik Azərbaycan mütəxəssislərdən bu qərarın hansı nəticələr verəcəyini öyrənib.

Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev deyib ki, böyüklərdən ibarət komandamız o qədər də güclü deyil: "Ona görə də bütün gücümüzü yeniyetmələrin inkişafına qoyuruq ki, həm bu gün uğur qazanaq, həm də sabah. Kişilər və qadınlardan ibarət milli komandaya idmançı verə bilək".

K.Məstəliyev bildirib ki, Yeniyetmələrin Olimpiya Oyunlarında medal qazanma şansı daha çox olduğu üçün Federasiya üzərindəki qadağanı götürməyə çalışıb: "Mütəmadi yoxlamalar aparırdılar, iki həftədən bir yoxlama olurdu. Testlər təmiz çıxdığına və digər meyarlara əməl etdiyimizə görə uğur qazana bildik. Düşünürəm ki, yaxın zamanlarda nəticələrini də görə bilərik".

Ağır Atletika Baş katib Rizvan Rəsulov isə açıqlamasında bildirib ki, Beynəlxalq Ağır Atletika Federasiyasının icra komissiyasının qərarı ilə qarşılarına kriteriyalar qoyulmuşdu: "Bu meyarlar 9 ölkəyə şamil olunurdu, onlardan biri də Azərbaycan idi. 9 ölkədən cəmi 3 ölkə — Azərbaycan, Türkiyə və Ermənistan həmin meyarları tam icra edib".

R.Rəsulovun fikrincə, cəza müddətinin bitməsinə 4 ay qalmış yeniyetmələrimizin yarışa buraxılması çox gözəldir: "Birincisi, bu psixoloji tərəfdən idmançılara köməkdir. Yeniyetmə ağır atletlərimiz sevinir və daha da həvəslə yarışa hazırlaşmağa başlayıblar".

"İtaliyanın Milan şəhərində 15-17 yaşlılar arasında Yeniyetmələrin Avropa Çempionatına hazırlıq gedir. Avropa Çempionatında iştirak edən ən güclü idmançılarımız isə Yeniyetmələrin Olimpiadasında Azərbaycanı təmsil edəcəklər. Məqsədimiz medal qazanıb uğurlu olduğumuzu bir daha sübut etməkdir", — deyə baş katib münasibət bildirib.

O, böyüklərin şansından da danışıb: "O ki qaldı böyüklərə, şəxsi reytinqlərinə görə Dünya Çempionatında iştirak edəcəklər. Hazırlıq davam edir. Amma bu gün əsas yeniyetmələrimizə fokuslanmışıq. Gələn il bir neçə idmançımız artıq yeniyetmələrdən gənclərə keçəcək. Ona görə uğurlar əldə etmələri və daha çox praktika qazanmaları üçün əlimizdən gələni edirik".

İdman jurnalisti və idman eksperti Sərxan Musalı isə bu qərardan təəccüblənmədiyini deyib: "Qərar gözlənilən idi. Əvvəldən deyilmişdi ki, 1 illik cəzalanan 9 ölkələrə sınaq dövrü verilib. Bu müddət ərzində dopinqə qarşı mübarizəni gücləndirsələr, diskvalifikasiya vaxtından əvvəl başa çata bilər. AAAF da buna çalışırdı ki, yeniyetmələrin Olimpiadasında təmsil oluna bilsinlər. Buna da nail oldular".

Ekspert milli yığma haqqında fikir də bildirib: "Hələ bir müddət bu komandadan uğur gözləməyə dəyməz. Noyabrda Aşqabadda keçiriləcək dünya çempionatında medal qazanacağımızı düşünmürəm. Çünki bütün güclü, təcrübəli, DÇ-də medal qazana biləcək atletlərimiz cəzalıdır. Yalnız cəzası bu yaxınlarda başa çatan bolqar legioner Boyanka Kostova medal qazana bilər. Elə Olimpiadaya da getsə-getsə o gedər. Kişilərdən də maksimum bir nəfər Tokioya bilet qazana bilər".

"Amma növbəti Olimpiadada medal perspektivi görmürəm. Çünki Elxan Əliquluzadə, Firudin Quliyev və Valentin Xristov kimi güclü atletlərimizin cəzası 2023-cü ildə başa çatacaq. Ona görə də federasiya tələsmədən və tam təmiz, dopinqdən uzaq olan, gələcəyin komandasını qurmalıdır. Bizim ambisiyamız növbəti Olimpiada tsiklindən bərqərar olacaq", — S.Musalı qeyd edib.

Teqlər:
cəza, bağışlanma, yeniyetmə, yarış, dopinq, ağır atletika

Əsas mövzular