BAKI, 24 iyul — Sputnik. Dopinq qalmaqalı hələ də səngimək bilmir. Rusiyanın Yüngül atletika komandası Rio-de Janeyro Yay olimpiya oyunlarına buraxılmır. Bu məsələyə Azərbaycan ağır atletika milli komandasının üzvü, 9 qat Avropa çempionu Valentin Xristov münasibət bildirib.
“Rusiya idmançılarının dopinq qəbul etdiyinə inanmıram. Bu sadəcə siyasətdir. Hər şeyə Rio-de-Janeyro Yay olimpiya oyunlarından sonra aydınlıq gələcək. Onu da qeyd edim ki, həm yüngül, həm də ağır atletika bu olimpiya oyunlarında heç də maraqlı olmayacaq. Çünki, ən güclü idmançılar yarışlardan kənarlaşdırılıb”, deyə Xristov bəyan edib.