17:41 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
AZƏRBAYCAN
Qısa URL
422 0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib

BAKI, 9 dekabr — Sputnik. Bakı Appelyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən kafedə baş verib. E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan E.Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, bir neçə dəfə istintaqdan yayınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedə ondan pul istədim. Münasibətlərimiz çox yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".

Xatırladaq ki, E.Bəndəliyev məhkəmə başlayanda ev dustaqlığında idi. Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi.

Hakimlər Kollegiyası vəsatəti təmin edərək E.Bəndəliyevin məhkəmə zalında həbs edilməsi barədə qərar çıxarıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Əlaqədar

Onlardan şikayətiniz varsa, təcili qaynar xəttə müraciət edin
Azərbaycanda partiya sədrinin şikayəti təmin edilməyib
Onlardan Allaha şikayət edin
Bakıda ev sahibi xadimədən polisə şikayət edib
Mehman Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Teqlər:
Bakı Appelyasiya Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi, bıçaqlama, şikayət, cinayət

Əsas mövzular