CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 40 qəpiyə görə 8 il iş alan məhkumun şikayətinə baxılır

© Sputnik / Murad OrujovБакинский Суд по Тяжким Преступлениям
Бакинский Суд по Тяжким Преступлениям - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib

BAKI, 9 dekabr — Sputnik. Bakı Appelyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xorvat general Slobodan Pralyak, arxiv şəkli - Sputnik Azərbaycan
General məhkəmə qərarına etiraz olaraq canlı yayımda zəhər içdi

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən kafedə baş verib. E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub. Hadisə yerindən qaçan E.Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, bir neçə dəfə istintaqdan yayınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedə ondan pul istədim. Münasibətlərimiz çox yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".

Суд - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda eyni məhkəmə qərarından şirkət də, nazirlik də narazı qaldı

Xatırladaq ki, E.Bəndəliyev məhkəmə başlayanda ev dustaqlığında idi. Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi.

Hakimlər Kollegiyası vəsatəti təmin edərək E.Bəndəliyevin məhkəmə zalında həbs edilməsi barədə qərar çıxarıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xəbər lenti
0