07:23 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
98430

Beynəlxalq ŞHK İttifaqı "DQR" komandasının festivaldan kənarlaşdırılması ilə bağlı qərar qəbul edib

BAKI, 16 yan — Sputnik. Hazırda Soçi şəhərində Şən və Hazırcavablar Klubu (ŞHK) komandalarının 28-ci beynəlxalq festivalı özünün aktiv mərhələsinə daxil olub. Festivalın iştirakçıları öz proqramlarını Aleksandr Maslyakovun baxışı üçün hazırlamağa başlayıblar.

Bu barədə Sputnik-ə Azərbaycanın ŞHK-nın mətbuat xidmətindən bildirilib. Məlumdur ki, festivalın ilk günlərində "Duz-çörəklə" və "DeleYaman" komandaları özlərini Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan və özünü "respublika" elan edən qondarma Dağlıq Qarabağ rejiminin təmsilçisi kimi təqdim etməyə çalışıb.

Bununla əlaqədar olaraq, Azərbaycanın Gənclər və İdman Nazirliyi ŞHK İttifaqına etirazını bildirib. Azərbaycan nümayəndə heyəti isə festival zamanı onun rəhbərliyi ilə görüşüb. Nəticədə, ŞHK Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov bəyan edib ki, ŞHK ən böyük qeyri-formal gənclər hərəkatı, bütün dünyada milyonlarla gəncin oynadığı oyundur.

"Burada diskriminasiya və ksenofobiyaya, eləcə də siyasi təxribatlara yer yoxdur. Biz AR Gənclər və İdman Nazirliyinin müraciətinə baxdıq və bununla əlaqədar olaraq bəyan edirik ki, festivalda Azərbaycan ərazilərində yaradılmış tanınmamış subyekti heç bir komanda təmsil etməyəcək. Və biz bu tipli addımları gələcəkdə də diqqətlə izləyəcək və qarşısını alacağıq" — deyə Maslyakov Azərbaycan ŞHK-nın mətbuat xidmətinə bildirib.

"Bakı yığması" komandasının və Gənclər və İdman Nazirliyinin müdaxiləsindən sonra bu insident vaxtında həllini tapıb. "Biz həmçinin bu məsələdə vətəndaş mövqeyi və fəallıq nümayiş etdirən hər kəsə təşəkkür edirik. Bu günlər bizim komanda üçün çox ağır idi. Bu məsələyə Azərbaycanın dövlət qurumlarının dəstək verməsi və Beynəlxalq ŞHK İttifaqının rəhbərliyinin məsələni anlayışla qarşılaması bizim uşaqların üzərinə böyük mənəvi məsuliyyət qoydu" — deyə Azərbaycan ŞHK-nın mətbuat xidməti bildirib.

Hazırda "Bakı yığması" festivalın televiziyada nümayiş etdiriləcək variantı üzərində işləyir. Bazar ertəsi "KVN-razminka" layihəsinin yeni televiziya çəkilişləri olacaq. Orada 27 kollektiv, o cümlədən də Azərbaycan komandası iştirak edəcək.

"Azərbaycan komandasının Rusiya telekanalının efirinə çıxması bizim ölkənin informasiya təbliğatı üçün böyük imkandır. Bu, eyni zamanda bizim həmvətənlərimizin ölkənin sərhədlərindən kənarda müsbət imicinin formalaşdırılmasına, müasir Azərbaycan gəncliyinin düzgün mövqe tutduğunun nümayişinə xidmət edir. Bir neçə il ərzində şən və hazırcavablar klubu Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında milli ŞHK-nın canlanmasını və inkişafını həyata keçirir. Bu hərəkatın inkişafı və Beynəlxalq ŞHK İttifaqı ilə səmərəli əməkdaşlığı bu festival ətrafında təxribat yaratmağın və bu əməkdaşlığa mane olmağın başlıca səbəbləridir" — Azərbaycan ŞHK-nın mətbuat xidməti vurğulayıb.

Həmçinin əlavə olunub ki, komandanın uğurlarında maraqlı olmayan ayrı-ayrı şəxslər informasiya resurslarında qalmaqal yaratmaqla, əslində bu problemin həllinə kənardan mane olmağa çalışıblar: "Bizim komandanın Birinci kanala düşməsini istəməyənlər — təxribatçılar və bu qalmaqala təhrik edən insanlar idi".

Klubda ümid edirlər ki, bu həyəcan yaradıcılıq prosesinə təsir etməyib: "Bu festival ölkəmizin aktivinə yazıldı və Gənclər və İdman Nazirliyi növbəti dəfə separatçıların beynəlxalq meydançadan öz təxribatları üçün istifadə etmələrinin qarşısını almağa nail oldu. Birlikdə bizim uşaqların yaxşı xəbərlərini gözləyirik".

Əlaqədar

"Kontrabas" beynəlxalq festivala hazırlanır
Təşkilatçılar Bakı Caz Festivalının nəticələri və perspektiv planları barədə
Baku Jazz Festival 2016 gənc ifaçıları bir yerə topladı
Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Bakıda VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Teqlər:
hazırcavab, şən, KVN, ŞHK, festival, komanda, klub, Qarabağ

Əsas mövzular