20:38 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Xəzərdə növbəti faciə (8)
52110

Estakadanın aşması nəticəsində 10 nəfərin itkin düşdüyü bildirilir

BAKI, 15 dek-Sputnik. Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində növbəti faciə baş verib. Saniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub.

Sputnik SOCAR-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Artıq hadisənini nəticələri ilə bağlı ilkin məlumatlar verilib. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. SOCAR itkin düşənlərin siyahısını da təqdim edib:

1. Zülfüqarov Güloglan — maşinist

2. Zülfüqarov Azay — operator

3. Qurbanov Vidadi — operator

4. Həsənov Elçin — mexanik

5. Hacıəliyev Həsənağa — operator

6. Qafarov İlham — operator

7. Əsədov Samir — operator

8. Bəhrəmov Cavid — operator

9. Abbasov Ramiz — maşinist

10. Rüstəmov Qorxmaz — operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft" İB-nin rəhbərliyi hadisə yerindədir. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən ilin 4 dekabrında Xəzər dənizində baş vermiş güclü fırtına nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması şiddətli yanğına səbəb olmuşdu. Qəza nəticəsində platformanın 33 işçisinin həyatı xilas edilib. 11 neftçinin cəsədi tapılıb, 19 nəfər isə itkin düşmüş sayılır.

Mövzu:
Xəzərdə növbəti faciə (8)

Əlaqədar

"Günəşli" yatağında başlayan yanğın söndürülüb
Yanğın nəticəsində “Günəşli”dən 69 nəfər təxliyyə edilib
"Günəşli" yatağında qəza baş verib
“Günəşli”dəki qəzada itkin düşənlərdən daha birinin cəsədi tapılıb
“Günəşli” yatağında yanğın hələ söndürülməyib
Teqlər:
Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, Neft-Qaz Çıxarma İdarəsi, estakada, "Azneft" İB, Xəzər dənizi, SOCAR, Fövqəladə Hallar Nazirliyi, faciə

Əsas mövzular