Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Günəşli" yatağındakı 10-cu özüldə yanğın baş verib

© vk.meYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.

Bakı, 4 dek — Sputnik. Bu gün baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

SOCAR-ın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub.

SOCAR-dan "APA-Economics"ə bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".

Hadisə ilə əlaqədar "Azneft" İstehsalat Birliyində qərargah yaradılıb.

Xəbər lenti
0