11:31 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
AZƏRBAYCAN
Qısa URL
128 0 0

BAKI, 26 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndini və 109-cu maddəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilsin (layihə əlavə olunur).

2. Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin".

Əlaqədar

Bu gün Konstitusiya Məhkəməsi Prezidentin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq
Azərbaycanda konstitusiya dəyişiklikləri hansı zərurətdən meydana çıxdı?
Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilir
Teqlər:
dəyişikliklər, Azərbaycan Prezidenti, Konstitusiya, İlham Əliyev, referendum

Əsas mövzular