BAKI, 25 iyul — Sputnik. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib. Sputnik xəbər verir ki, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.