16:34 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
25821

Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı çalışmalar avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək

BAKI, 13 iyul — Sputnik. Bu gün Türkiyədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib. Sputnik "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə C. Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

O bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb: "Artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək".

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan də öz növbəsində bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Əlaqədar

Tuneldə yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olub
Bakıda gənc qızı qatar vurdu
Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəli dəyişəcək
Bakı-Sumqayıt sürət qatarı qadını vuraraq öldürüb
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının hərəkət intervalı açıqlanıb
Bakı-Sumqayıt qatarında gediş haqqı məlumdur
Teqlər:
Əhməd Arslan, Cavid Qurbanov, Bakı-Tbilisi-Qars dəmir yolu, "Azərbaycan Dəmir Yolları" QSC, qatar, Türkiyə, Azərbaycan

Əsas mövzular