CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxında Türkiyəyə qatarla gedəcəyik

© Photo : STRCavid Qurbanov ilə Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur
Cavid Qurbanov ilə Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunmuşdur - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı çalışmalar avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək

BAKI, 13 iyul — Sputnik. Bu gün Türkiyədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə edilib. Sputnik "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə C. Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

Qatar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars 2016-cı ilə qaldı

O bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb: "Artıq dizel ilə işləyən lokomotivlər butun yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək".

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan də öz növbəsində bildirib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin muəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

Xəbər lenti
0