BAKI, 19 okt – Sputnik. “Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi sahəsində əməkdaşlığı gücləndirməlidir və bunun əhəmiyyətini dünyaya göstərməlidir”. Bunu mətbuata açıqlamasında Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə ölkələrimiz arasındakı əməkdaşlıq strateji müttəfiqlik səviyyəsindədir.
“Biz razılığa gəldik ki, siyasi dialoqu bundan sonra da davam etdirək. Biz eyni zamanda iqtisadi sahədə və enerji sahəsində də sıx əməkdaşlıq edirik” deyə nazir əlavə edib.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi prosesinə də toxunan nazir bildirib ki, Gürcüstan ərazisində də bu yolun tikintisi artıq başa çatıb. “Hazırda tikinti işləri Türkiyə ərazisində gedir. Tikintinin 2016-cı ildə yekunlaşacağı gözlənilir. Amma buna bamayaraq nəqliyyat dəhlizinin dünyaya təqdim edilməsi istiqamətində iki ölkə əməkdaşlığı inkişaf etdirməlidir”