BAKI, 3 mart - Sputnik. Rusiya hərbçiləri Volnovaxa bölgəsində millətçilərin səkkiz ilə yaxındır gücləndirdiyi müdafiəni yarıblar.
RİA Novosti-nin məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə keçirilən xüsusi əməliyyat zamanı əsgər və zabitlər cəsarətlə hərəkət edərək, aldıqları xəsarətlərə baxmayaraq, xidmətdə qalırlar.
"Donbasda bizim adamlarımızın müdafiəsi, Vətənimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələri yerinə yetirən rus əsgər və zabitləri əsl qəhrəmanlar kimi cəsarətlə hərəkət edirlər. Hərbçilərimiz bundan sonra da öz işinin haqlılığını tam dərk edərək əzmlə döyüşürlər, yaralanan əsgər və zabitlər sıralarında qalır, yoldaşlarını və dinc sakinləri xilas etmək üçün özlərini, canlarını qurban verirlər”, - deyə dövlət başçısı vurğulayıb.
Rusiya prezidenti çıxışında bir daha vurğulayıb ki, rRuslar və ukraynalılar bir xalqdır.
"️Ukraynada döyüşlərin gedişatı göstərir ki, Rusiya orada məhz neonasistlərlə vuruşur.️ Ukraynadakı millətçilər və əcnəbi muzdlular mülkı insanları canlı sipər kimi istifadə edirlər", - Putin deyib.
O qeyd edib ki, ️ərbi əməliyyatlar zamanı Ukraynada həlak olmuş hərbçılərin ailələrinə 7 milyon rubl ödəniləcək. ️Ukraynada döyüşlərdə yaralanmış hərbçılərə isə əlavə olaraq 3 milyon rubl ödəniləcək.
Fevralın 21-də “Donbasın xalq respublikaları”nın sorğularına cavab olaraq və Dövlət Duması deputatlarının müraciətindən sonra prezident Putin “LXR” və “DXR”in suverenliyini tanıyan fərmanlar imzalayıb. Fevralın 24-də səhər tezdən Rusiya Ukraynanı demilitarizasiya etmək üçün hərbi xüsusi əməliyyata başlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: