DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden Putinlə telefon danışığından sonra açıqlama verdi

Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb.
Görüş barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib.
Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır.
Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qeyri-adekvat addımlarına qəti və çevik şəkildə cavab verəcək.
Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Report-un xəbərinə görə, liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!
Həmçinin oxuyun:
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıb
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib