“Azərbaycanlılarla gəlirlər. Gecəni burada qalmırlar. Ov edirlər, yemək yeyib, namaz qılıb, dincəlib gedirlər. Yanındakı azərbaycanlılar bizi onlara yaxın buraxmırlar. Əsasən bəzgək quşu ovlayırlar. Bu ərazilər bizim heyvan otardığımız yerlərdir. 11-12 “Lexus”, “Prado” gəlirlər yerləri ayaqlayıb məhv edirlər. Gecələr də otelə gedib qalırlar”.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi ilə qonaqlarımız gələrək burada istirahət edirlər. Əsassız olaraq onların qanunsuz, qırmızı kitaba düşən quşlar ovladıqları iddia olunur. Bunun heç bir əsası yoxdur. Dəfələrlə nazirlik tərəfindən gəlib yoxlayıblar. Biz özümüz də mütəmadi olaraq məlumat veririk ki, burada heç bir qayda pozuntusu yoxdur və ola da bilməz”.
“Onlar burada qanuni, lisenziyada göstərilən qaydada ovlarını edirlər. Qanundan kənar burada heç bir iş baş vermir. Məsələn, dovşan, çöl göyərçinləri ovlayırlar. Ən əsası isə onlar öz şahinlərinə təlim keçirlər”.
"Araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub".