AZƏRBAYCAN XƏBƏRLƏRİ

Polisi döyən sabiq deputat apellyasiya şikayəti verdi

Hökmdə o da bildirilir ki, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Deputat toxunulmazlığı ləğv edilmiş Eldəniz Səlimov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, apellyasiya şikayəti yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E.Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə o da bildirilir ki, E.Səlimov 2 il 6 ay müddətinə vəzifə tuta bilməz.
Xatırladaq ki, 29 iyul 2021-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla qeyd edilən tarixdə Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz rayon polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildi: O, 3,6 il həbsdə yatacaq
* Eldəniz Səlimovun növbəti məhkəməsinin vaxtı dəqiqləşdi
* Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun cinayət işinin istintaqı bitdi
* Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb
* Həbs edilən deputatla bağlı Milli Məclisdən yeni xəbər
* Parlamentin İntizam Komissiyası daha iki deputata töhmət verib
* Məhkəmə deputat Eldəniz Səlimov barədə qərar verdi