BAKI, 9 yanvar — Sputnik. Rusiya sülhməramlı kontingentinin qabaqcıl bölmələri artıq Qazaxıstanda həyati əhəmiyyətli obyektlərin və sosial infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirirlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha öncə Qazaxıstana gəlmiş Rusiya sülhməramlı kontingentinin bölmələri həyati əhəmiyyətli obyektlərin, aerodromların və əsas sosial infrastruktur obyektlərinin mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə başlayıblar.
Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılmış aviaqrup 70-dən çox İl-76 və 5 An-124 təyyarəsində Rusiya sülhməramlı kontingentinin KTMT qüvvələri bütün gün ərzində Qazaxıstana daşınır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
Həmçinin oxuyun: