AZƏRBAYCAN XƏBƏRLƏRİ

Səhnəmizin 74 yaşlı "Qartal"ı dəfn edilib

"Novruz Yaqub oğlu Əliyev Gəncə şəhər İmamzadə Dini Kompleksində dəfn olunub."
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Ötən gün onkoloji xəstəlik səbəbindən 74 yaşında vəfat edən aktyor Novruz Əliyev Gəncə şəhərində dəfn edilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mərhum aktyorla vida mərasiminə əməkdar artistin ailə üzvləri,sənət yoldaşları,Gəncədə fəaliyyət göstərən teatrların kollektivi,şəhər icra hakimiyyətinin əməkdaşları qatılıb.
Novruz Qartal İmamzadə Dini Kompleksində dəfn olunub. Səhnədə maraqlı rolları ilə yadda qalan Novruz Qartal 1947-ci Gəncə şəhərində doğulub.
Novruz Əliyevin dəfni
1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Hacıbaba Bağırov, Afaq Bəşirqızı bir sıra tanınmış gülüş ustaları ilə bir səhnəni bölüşüb.
Novruz Qartal
Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazarlarının əsərlərində yaddaqalan obrazlar yaradıb. Onun "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların yaddaşında qalıb. Novruz Əliyev öz peşəsində ucalmağı, zirvələri fəth etməyi qarşısına məqsəd qoymuşdur.
Novruz Əliyevin dəfni
Elə bu səbəbdən Novruz Qartal adı ilə tanınırdı.O, 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, sonrakı illərdə isə bir neçə dəfə prezident mükafatına layiq görülüb.
Həmçinin oxuyun:
Aktyor Novruz Qartal vəfat etdi
“Mən şəhidlik arzusu ilə yaşamışam”
Cəbiş müəllim Barat Şəkinskaya haqqında
Teatrda fəhlə kimi işə başladı, sonra tanınmış simaya çevrildi