"Rusiya Federasiyası KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini bir daha təsdiq edərək, Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar dövlətin təhlükəsizliyinə və bütövlüyünə xələl gəlməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsini dəstəklədi", - bəyanatda deyilir.
"Rusiya Qazaxıstan tərəfi və KTMT-dəki digər müttəfiqləri ilə sıx məsləhətləşmələri davam etdirəcək. Lazım gələrsə, Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatının keçirilməsini asanlaşdırmaq, mülki əhalinin, eləcə də həyati vacib infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək, onların blokdan çıxarılması və Qazaxıstan hakimiyyətinin nəzarəti altına qaytarılması üçün gələcək effektiv addımları atacaq".
"Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb", - Paşinyan yazıb.