CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən faydalı meyvələr - qan yaratmağa kömək edir, orqanizmi təmizləyir və gücləndirir

Bəzi meyvələr vitamin deposu olmaqla yanaşı, digər faydalı xüsusiyyətlərə malikdir, məsələn, gilasın ağrıkəsici olmasından xəbəriniz vardımı?
Sputnik
Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası nədən ibarətdir?
Portağal
Payız-qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir.
Soyuqdəyməyə və qripə yardım edir. Öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur.
Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır.
İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir.
Həzmi asanlaşdırır. Damarların kirəclənməsinin qarşısını alır. Bağırsağı yumşaldır. Dərini təravətli edir.
Səhər saatlarında qəbul edilən bir stəkan portağal suyu günə gümrah başlamaq və bir çox xəstəliklərdən qorunmaq üçün əla vasitədir.
Heyva
Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir.
Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir.
Həzmə kömək edir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Qrip və soyuqdəyməni sağaldır. Ağızdən gələn qoxunu aradan qaldırır.
Kərə yağında bişirilən heyva bəlğəmi təmizləyir, öskürək, tənəffüs sistemi xəstəlikləri və bronxitə xeyirlidir.
Heyva çiçəyinin qaynadıb içmək anaların südünü artırır, ürəyi gəncləşdirir və baş ağrısına müsbət təsir edir.
Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən qarqara kimi istifadə etmək olar
Dodaq çatlamasının qarşısını almaq üçün toxumlarını qaynadaraq dodaqları bu suda yumaq olar.
Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir.
Banan
Bu meyvə qan dövranını tənzimləyir, yüksək təzyiqə müsbət təsir edir. Tərkibindəki şəkər, nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir.
Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır.
Yuxunu rejimə salır. Mədə xorasının müalicəsinə kömək edir. Böyrəkdəki iltihablanmada müalicəedici özəlliyə sahibdir
Üzüm
Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2, və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.
Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prossesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır.
Nar
Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır.
Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu aradan qaldırır.
Xolestrol və qan şəkərinin artmasına mane olur. Bağırsaq parazitlərinin düşmənidir. Dərini gözəlləşdirir.
Alma
A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.
Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir.
Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir.
Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayar. Revmatizmaya kömək edir. Yuxusuzluğa xeyirlidir.
Armud
Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır.
Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var.
Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir.
Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir.
Revmatizmin müalicəsində də faydalıdır.
Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır.
Şaftalı
B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var.
Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır.
Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır.
Böyrəklərin işinə kömək edir.
Hərarəti düşürür. Sinirləri sakitləşdirir. Yuxusuzluğun qarşısını alır.
Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır.
Çiyələk
Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır.
Qanı təmizləyir. Damağı gücləndirir.
Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir.
Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir.
Gilas
Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir.
Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir.
Böyrəkləri daş və qum yığılmasından qoruyur. Öd kisəsi daşını tökür. Üzdə olan sızanaqları təmizləyir.
Ərik
Ərik qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var.
Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir.
Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır.
Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır.
Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də yaxşı təsir edir.
Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var.
Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır.
Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyəti qan laxtalanması risqini əhəmiyyətli şəkildə azaldır.
Qreypfrut
Soyuqdəyməyə yaxşıdır.
Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır.
Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq risqini azaldır.
Təzyiqi normallaşdırır. Yağlı yeməklərin ardından bu meyvənin suyunu içmək məqsədəuyğundur.
Eləcə də oxuyun:
Hər gün sadəcə 1 qaşıq bal yeməyin inanılmaz xeyri
Həkimlər qaraciyər üçün ən faydalı meyvənin adını açıqladılar
Qırışları azaldır, demensiyadan qoruyur - gilasın bilmədiyimiz yeddi faydası
Vaxtı keçmiş 15 məhsul: onları yemək olarmış?