BAKI, 2 yanvar - Sputnik. Rusiya müsəlmanlarının dini icmasının sədri, Müfti Əlbir Krqanov müsəlmanlar tərəfindən Yeni ilin qeyd edilib-edilməməsi məsələsinə aydınlıq gətirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Mufti bildirib ki, bu məsələ ilə bağlı həm Rusiyada, həm də xaricdə aydın izahatlar var:
"Onlar müsəlmanlara məlumdur. Yeni il ölkəmizdə dünyəvi bayramdır, uzun illərdir ki, təqvimdədir. Bu günə bütün dünya ilə birlikdə sevinən müsəlmanlar öz dünyagörüşlərini, inanclarını dəyişmirlər. Onlar hər şeyi başa düşürlər və bayramdan əvvəl və sonra yenə də müsəlman olaraq qalırlar”, - deyə o bildirib.
Müsəlman ailələrindən olan uşaqların Yeni ildə iştirakının mümkün olub-olmaması sualını cavablandıran Müfti qeyd edib ki, bu məsələ bir çox dindarları narahat edir:
"İldən-ilə, 30 ildən çox dini xidmətim dövründə, xatırladığım qədər, onlar eyni sualları təkrarlayırlar: mümkündürmü? nə? necə?", - deyə din xadimi bildirib.
"İldən-ilə, 30 ildən çox dini xidmətim dövründə, xatırladığım qədər, onlar eyni sualları təkrarlayırlar: mümkündürmü? nə? necə?", - deyə din xadimi bildirib.
Dini lider həmçinin vurğulayıb ki, radikal dindarların başqa dinlərin nümayəndələri ilə Yeni ili qeyd etmək sevincinin inancdan uzaqlaşmaq kimi təqdim edilməsi cəhdləri yanlışdır:
"Bu səhvdir və bunu etmək olmaz", - deyə Krqanov fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Moskvada məscid problemi: heç miqrantların azalması da kömək etmir