BAKI, 30 dekabr — Sputnik. İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 2022-2026-cı illərdə 30 min hektara yaxın minalardan təmizlənmiş ərazinin meşə fonduna salınması nəzərdə tutulur. Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 10 hektar ərazidə Türkiyə ilə birgə qardaşlıq meşəsi salınacaq:
"Tək Zəngilan, Cəbrayılda deyil, bütövlükdə regionu əhatə edən işlər gündəlikdədir".
Firdovsi Əliyev
© Sputnik / Irade JELIL
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, minalardan təmizlənmiş ərazilərdə 1000 hektara yaxın yerdə meşə zolaqlarının salınması, meşə bərpa işləri planlaşdırılıb. Bu ildən həmin işlərə başlanılıb.
Həmçinin oxuyun:
Ağıllı kənd və Azərbaycan: Bu bölgədə əkin sahələri xəritələşdirildi