CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildi: O, 3,6 il həbsdə yatacaq

Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edən Milli Məclisin deputatı Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.
Bunu Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir.
"Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib", - deyə Həsənov Report-a bildirib.
***
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E. Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.
İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirib.
Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilir.
Həmçinin oxuyun:
* Eldəniz Səlimovun növbəti məhkəməsinin vaxtı dəqiqləşdi
* Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun cinayət işinin istintaqı bitdi
* Eldəniz Səlimov apellyasiya şikayətini geri götürüb
* Həbs edilən deputatla bağlı Milli Məclisdən yeni xəbər
* Parlamentin İntizam Komissiyası daha iki deputata töhmət verib
* Məhkəmə deputat Eldəniz Səlimov barədə qərar verdi