BAKI, 25 dekabr - Sputnik. Şimali Atlantika Alyansının genişlənməməsi və Rusiya sərhədlərində onun təhlükəsizliyi təhdid edən silahların peyda olmaması - ABŞ və NATO ilə qarşıdakı danışıqların əsas mövzularıdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, bəzi Qərb ölkələrinin nümayəndələrinin bu mövzulara baxılmayacağı ilə bağlı sözlərinə də münasibət bildirib:
"Rusiyanın mövqeyinin mahiyyətini hələ də dərk etməyənlər bu məsələni özləri üçün aydınlaşdırmalıdırlar", - deyə diplomat bildirib.
Moskva keçən həftə ABŞ-la müqavilələr və NATO-ya üzv ölkələrlə saziş layihələrini dərc edib.
Bura, xüsusilə, Avropada təhlükəsizliyin qarşılıqlı təminatları, orta və daha yaxın mənzilli raketlərin bir-birinin imkan daxilində yerləşdirilməməsi və alyansın, o cümlədən keçmiş sovet respublikalarının hesabına daha da genişləndirilməsindən imtina edilməsi haqqında müddəalar daxildir.
Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, Qərb bu tələblərə cavab verməsə, qarşıdurmanın yeni mərhələsi başlaya bilər.
Bu məsələ ilə bağlı danışıqların ilk raundlarının yanvarda keçirilə biləcəyi gözlənilir.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, NATO-nun şərqə doğru genişlənməsi və Ukraynada hücum silahlarının yerləşdirilməsi Moskva üçün "qırmızı xətlər"dir.
Həmçinin oxuyun:
Rusiya lideri Putin Ukrayna ilə bağlı suala cavab verdi və Qərbə xəbərdarlıq etdi