TƏHLİL

"Onlar nə danışır?" - Qərb Rusiyaya nə cavab verəcəyini bilmir

Son 30 ildə Qərb onunla bu cür açıq, dəqiq, eyni zamanda, kifayət qədər sərt danışılmasını yadırğamışdı.
Sputnik
BAKI, 21 dekabr — Sputnik, Vladimir Kornilov. Çaşqınlıq, sayıqlıq, təəccüb, heyrət, özünə inamsızlıq – Rusiyanın açıq şəkildə səsləndirdiyi sülh təşəbbüsünə Qərbin ilk reaksiyası belə oldu.
Təkliflərin əhəmiyyətinə və misilsizliyinə baxmayaraq, bir çox Qərb (xüsusən də Avropa) KİV-ləri bu hadisənin hansı şəkildə işıqlandırılmasını müəyyən etməkdə açıq-şkar aciz qaldıqları üçün uzun bir pauza verdilər.
Alman politoloq Aleksandr Rarın da qeyd etdiyi kimi Avropanın heç bir media orqanı indiyə kimi Moskvanın təklif etdiyi müqavilə layihələrini tam şəkildə yayımlamağa cəsarət etməyib. Müxtəlif səviyyəli kremlenoloqların şərhlərinə gəlincə, hiss olunur ki, onlar Kremlin təkliflərinin dilindən və açıqlığından heyrətə düşüblər.
Son 30 ildə Qərb onunla bu cür açıq, dəqiq, eyni zamanda, kifayət qədər sərt danışılmasını yadırğamışdı.
Belə görünür ki, həmin şərhçilərin əsas problemi Rusiyanın həyata keçirilməsi gərginliyin azaldılmasına və real silahsızlanmaya gətirib çıxaracaq, dünyanı nüvə müharibəsi uçurumundan uzaqlaşdıracaq təkliflərini ictimaiyyətə necə təqdim etməkdən ibarətdir.
Hər şeyi öz adı ilə çağırmaq indiyə kimi auditoriyaya aşılanan Rusiyanın təbii aqressivliyi ideyasından ibarət narrativdən uzaqlaşmaq deməkdir. Məhz buna görə sülh təşəbbüslərini əsla sülh təşəbbüsləri adlandırmaq olmaz.
Xarici mətbuatın ilk naqolay şərhlərinə baxsaq, görərik ki, onlar çıxış yolunu "tələblər" və "ultimatum" sözlərində tapıblar, Rusiyanın hətta sülh təkliflərini belə öz oxucularına şantaj və təhdid kimi təqdim edə bilərlər. Məsələn, Almaniyanın dövlət informasiya agentliyi olan DW bu barədə xəbəri aşağıdakı başlıqla verib: "Rusiya NATO-dan Şərqi Avropadan çıxmağı tələb edir".
Əgər almanlar bizim XİN-in təklif etdiyi müqavilə layihəsi ilə diqqətlə tanış olsaydılar, görərdilər ki, irəli sürülən bütün təkliflər NATO-nun haradansa çıxması ilə deyil, qurumun genişləndirilməməsi ilə bağlıdır.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun reaksiyası göstərir ki, o da bunu başa düşməyib (daha doğrusu, çox güman ki, özünü belə göstərir): biz, əsasən, hərbi infrastrukturu təhlükəli şəkildə bir-birinə yaxınlaşdırmadan vəziyyəti indiki səviyyədə saxlamağı təklif edirik.
Cavabında amerikalı diplomat öz təkliflərini irəli sürüb: Rusiya qoşunlarının Dnestryanından çıxarılması, Cənubu Osetiya və Abxaziyanın tanınmasından əl çəkmək, "Krımı Ukraynaya qaytarmaq" və s.
Biz əlbəttə ki, Makfolsayağı cavab verərək Amerikaya bütün xarici dəniz bazalarını bağlamağı, Şimali Atlantika Alyansına isə özünü buraxmağı təklif edə bilərdik. Ancaq təcrübəli siyasətçi ciddi şəkildə belə hesab edir ki, məhz bu yolla, yəni, istənilən ideyanı absurda həddə çatdırmaqla danışıqlar aparmaq mümkündür. Bəli, indi Qərb diplomatiyasının səviyyəsi bundan ibarətdir. Nə etmək olar, bizə yalnız onlarla iş aparmalı olan Rusiya diplomatik korpusunun halına acımaq qalır.
Qərb jurnalistlərinin və analitiklərinin ilk reaksiyasına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, daha ətraflı şəkildə araşdırmazdan və Rusiyanın təşəbbüslərinə cavab verməzdən əvvəl bizim üzərimizə götürdüyümüz öhdəliklərin tamamilə gizlədilməsi və layihələrin əsassız ultimatum kimi təqdim edilməsi taktikası seçilib.
Məsələn, "Axios" saytı bizim təkliflər haqqında belə yazır: "Ekspertlər Rusiyanın tələblərini maksimalist və çətin qəbul edilən tələblər kimi səciyyələndirirlər." Ardınca da ABŞ və NATO-nun üzərinə götürməli olduğu müstəsna öhdəliklər sadalanır.
Daha bir diplomat, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer də müqavilə layihələrini eynilə bu şəkildə şərh edib: "Kremldə anlamalıdırlar ki, Moskvanın NATO-Rusiya və ABŞ-Rusiya müqavilə layihələri Kremlin Qərb üçün qəbuledilməz olan tələblərlə doludur".
Və Qərbdə "Rusiya üzrə mütəxəssis" hesab olunan analitiklərin əksəriyyətinin şərhlərində də eyni şeyləri oxuyuruq. İndi amerikalı oxucunun qəzəbli reaksiyasını təsəvvür edin: bu informasiyadan çıxış edərək belə bir fikrə gələcək ki, ruslar yenə tapançanı onun gicgahına dayayır və əvəzində heç nə təklif etmirlər.
Halbuki hər iki müqavilə layihəsi – həm NATO, həm də ayrıca ABŞ-la –qarşılıqlı öhdəliklər və zəmanətləri nəzərdə tutur.
Aydın məsələdir ki, danışıqların pərdə arxasında bizim diplomatlar öz həmkarlarına Qərbin sülh təşəbbüslərindən imtina edəcəyi təqdirdə Moskvanın hansı addımları atacağı barədə geniş izahat verirlər.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ictimaiyyət qarşısında bunu belə izah edib: "Onda biz də bu əks-təhdid yaratma rejiminə keçəcəyik. O zaman bizdən niyə belə qərarlar verdiyimizi, niyə ora belə sistemləri yerləşdirdiyimizi soruşmaq çox gec olacaq".
Qərbdə diplomatik dildən anlamayanlara sadəcə təklif olunan sənəddə yazılanları diqqətlə oxumaq, Rusiyanın indi xarici medianın təqdim etməyə çalışdığı kimi yalnız Qərbdən vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyi tələb etmədiyinə, həm də öz üzərinə bir sıra öhdəliklər götürdüyünə diqqət yetirmək məsləhət görülür.
Əgər Qruşkonun sözlərini bu öhdəliklərlə müqayisə etsək, onda sadə bir nəticə çıxarmaq olar: ABŞ və NATO bizim sülh təşəbbüslərimizi rədd edərsə, Rusiyanın müdafiə sisteminə qarşı yeni təhdidlərə cavab olaraq həmin "əks-təhdidləri" yaratmaq üçün başqa dövlətlərin ərazisindən istifadəyə tam mənəvi haqqı (hüquqi haqqımız onsuz da var) çatır.
Üstəlik, Rusiyanın raketləri və nüvə silahları ölkə hüdudlarından kənara çıxa bilər. Və bu, yalnız Belarus olmaya bilər. Həmin ölkə artıq Rusiya raketlərini öz ərazisində yerləşdirməyə hazır olduğunu bildirib. Rusiyanın nüvə və raket infrastrukturu bazalarının yeri Vaşinqtonu pis mənada təəccübləndirə bilər. Xarici işlər nazirinin müavini Sergey Ryabkovun hazırki və Karib böhranları arasında birbaşa paralellər aparması təsadüfi deyil.
Qərbdəki çoxsaylı kremlonoloqların anlaya bilmədiyi və ya dərk etməkdən çəkindiyi budur. Onlar nədənsə Rusiyadan gələn bütün potensial təhdidləri (Məhz Qruşkonun toxunduğu "əks-təhdidlər") sırf "Rusiyanın Ukraynaya müdaxiləsi" ilə əlaqələndirirlər. Yəni, onlar özlərinə xəyali "işğal" uydurublar, ancaq indi belə hesab edirlər ki, Moskvanın "ultimatumu" Ukraynaya hücumdan imtina etmək üçün şərtlərin irəli sürülməsindən ibarətdir. Məsələn, İngiltərənin baş kremlonoloqu Edvard Lukas "The Times" qəzetinini səhifələrində Rusiyanın bütün Azov sahillərini ələ keçirməsi ilə bağlı qorxularını dilə gətirərək etiraf edir: "Mənim ən böyük narahatlığım ondan ibarətdir ki, bu mübarizə 1945-ci ildə Stalinlə bağlanan Yalta müqaviləsi sayaq yeni bir müqavilə ilə başa çatsın".
Nəticədə, RAND araşdrıma (oxu: kəşfiyyat) korporasiyasının "Rusiya üzrə mütəxəssisi" Samuel Çarap "The New York Times" qəzetinin səhifələrində təəssüflənərək bildirir: "Diplomatiya kompromis və çevikliyi nəzərdə tutur. Bu, adətən, ictimai ultimatumların rədd edilməsinə səbəb olur. Əslində bu diplomatiya deyil, diplomatiyanın əksidir".
Təəssüf ki, NATO-nun baş katibi Yens Stoltenberq alyansın Ukraynanın ona qoşulmaması ehtimalı ilə bağlı heç bir güzəşt qəbul etməyəcəyini ardıcıl olaraq bir neçə dəfə təkrarladığı alovlu nitqindən əvvəl kompromis barədə bu sözləri oxumayıb. Çarapın məntiqinə görə, NATO ilə diplomatiya bir araya sığmır. Yoxsa amerikalı analitiklər belə hesab edirlər ki, yalnız Rusiya güzəşt və çeviklik nümayiş etdirməlidir?
Ancaq təkrar edək ki, həmin analitiklər Moskvanın təklif etdiyi sənədlərin mətnini açıq-aydın diqqətlə oxumayıblar və başa düşməyiblər ki, onlar Qərb tərəfindən qəbul edilməsə, bizim Şərq yarımkürəsi ilə məhdudlaşmaq məcburiyyətində olmayan qeyri-standart hərəkətlər etmək üçün əl-qolumuz açılacaq.
Söhbət Rusiya nüvə sistemlərinin ABŞ-a yaxın ərazidə yerləşdirilməsindən getsəydi, bizi "əyilməzlikdə" ittiham edən Amerikada və elə həmin Qərb mətbuatında nələrin baş verəcəyini təsəvvür etmək olar. NATO liderləri indi Rusiyaya deyirlər ki, XXI əsrdə "təsir sahələri" haqqında danışmaq qəbuledilməzdir.
Qruşko isə raketdən müdafiə sistemlərinin məhdudlaşdırılması ilə bağlı danışıqlar zamanı amerikalıların "öz istəklərinin siyahısına" Rusiyanın təlim briqadasını Kubadan çıxarması ilə bağlı bəndi necə daxil etdiklərini yada salır. "Guya bu təlim briqadası haradasa Florida yaxınlığında yerə enə, ABŞ-ı işğal edə bilərdi və s."- deyə nazir müavini Vladimir Solovyevə verdiyi müsahibədə bildirib.
Əgər amerikalılar Kubadakı instruktorlarımız sarıdan bu qədər narahat olublarsa, haradasa Mərkəzi Amerikada Rusiyanın yalnız təlim məqsədi daşımayan bazalarının yerləşdirilməsi fikrinə necə reaksiya verəcəklərini təsəvvür etmək olar.
Elə bu vaxt onlar dərhal öz "təsir sahələrini", "Amerika amerikalılar üçündür " şüarını və Rusiya hərbi infrastrukturunun "ABŞ-ın arxa bağçasında" görünməsinin qəbuledilməzliyini yada salacaqlar.
Xatırladaq ki, onların dövlət məmurları Venesuelada böhranın ən qızğın çağında Latın Amerikası haqqında məhz belə danışırdılar. Və eyni kremlonoloqlar Rusiyanı Amerikanın "arxa bağçasına" buraxmamağı tələb edirdilər. Alın, bu da sizə XXI əsrdə "təsir sahələrinin" yolverilməzliyi.
"Rusiya üzrə ekspertlərin" şərhlərində ən qorxulu məqam - onların səyi olmadan belə hamımızın o təhlükəli xəttə yaxınlaşdığımızı dərk etməmələridir.
Onlar 30 il əvvəl SSRİ-nin dağılmasından məst olaraq və bu mövzuda ölçü hissini itirərək anlaya bilmirlər ki, təhdid və əks-təhdidlərin qarşıdurmasına əsaslanan dünya bunun olmadığı vaxt daha az stabildir. Ancaq bir tərəfin heç bir maneə və qarşıdurma olmadan mütəmadi şəkildə təhdidləri artırdığı vaxt dünya daha təhlükəlidir. Bu vəziyyət bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirib çıxara bilər.
Məhz buna görə də Rusiya həmin xətdən uzaqlaşmağı təklif edərək Qərbin Moskvanın sülh təşəbbüslərindən imtina edəcəyi təqdirdə hansı əks addımları atacağı ilə bağlı vicdanla xəbərdarlıq edir. Qərb əvvəl-axır başa düşməlidir ki, hamımız üçün fəlakətli nəticəyə səbəb olacaq sonsuz təhdid və əks-təhdidlərdənsə, yeni Yalta razılaşması daha yaxşıdır.
Həmçinin oxuyun:
Rusiyanın Qərbə ultimatumu: onu qəbul etməsə nə olacaq
Kiselyov: Əgər Qərb "qırmızı xətləri" keçərsə, Rusiya güc tətbiq etməyə 100% hazırdır
Rusiya xin: Avropa tamamilə NATO-dan asılıdır
Hipersəs sahəsində Rusiyadan geriliyi ABŞ-a 3 milyard dollar ziyan vurub
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı