BAKI, 17 dekabr - Sputnik. Qərb bütün məsələlərdə Rusiyanı ittiham edir, bu, ümumi bir trenddir. Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Axı siz hiss edirsiniz ki, bizi hər şeydə ittiham edirlər. Rusiya şeyin günahı Rusiyadadır. Bu, kollektiv Qərbdə olan ümumi bir trebddir. Burada hətta ayrı-ayrı ölkələrdən da danışmaq olmaz", - deyə Peskov RTVI kanalının efirində çıxışı zamanı deyib.
Daha sonra Peskov Rusiyanın Qərb ölkələri ilə gözəl ikitərəfli münasibətlərinin olduğunu dilə gətirib:
"Lakin elə bir kollektiv şüur var ki, o hər şeydə Rusiyanı ittiham edir".
Daha sonra mətbuat katibi Rusiyanın Almaniya, İtaliya, Fransa və İspaniya ilə yaxşı ünsiyyətdə olduğunu bildirib:
"Bu çox gözəldir, bizim ikitərəfli münasibətlərimizin ayrı-ayrı istiqamtləri var. Lakin həmin bu kollektiv Avropa şüuru ki var, o bizə nifrət bəsləyir, o hesab edir ki, biz düşmənik", - deyə Peskov efirdə vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydenlə onlayn danışıqlar zamanı əyani görüşəcəklərinə dair söz verib.
"Mütləq görüşəcəyik, bunu çox istəyirəm", - Bayden "İyirmiliyin" sammitində görüşə bilmədiklərinə görə təəssüfünü bildirərkən Rusiya Prezidenti belə cavab verib.
Putinin sözçüsü Dmitri Peskov Rusiya liderinin Baydenlə sammiti niyə protokol görüşü adlandırdığını şərh edib.
"Çünki daxili tədbirlər həmişə beynəlxalq tədbirlərdən daha vacibdir. Beynəlxalq tədbirlərin mürəkkəbliyindən asılı olnayaraq prezident üçün iqtisadi şərait, inflyasiya ilə mübarizə, ölkənin sosial-iqtisadi durumu daha vacibdir, nəinki Baydenlə söhbət. Ancaq sonuncunun əhəmiyyəti də kiçildilmir", - Peskov deyib.
Həmçinin oxuyun:
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər