SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Belçikaya işgüzar səfərə gedib

Əllərində ingilis, fransız və digər dillərdə müxtəlif plakatlar tutmuş azərbaycanlılar Prezident İlham Əliyevə dəstək şüarları səsləndiriblər.
Sputnik
BAKI, 13 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki,, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişel dekabrın 14-ü Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşlər keçirəcəkBunu Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin adı çəkilməyən yüksəkvəzifəli nümayəndəsi bildirib.
"Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək", - deyə nümayəndə bildirib.
Diplomatın sözlərinə görə, qarşıdakı görüşün məqsədi bu iki ölkə ilə birbaşa təmas qurmağa və münasibətləri yaxşılaşdırmağa kömək etməkdir:
RUSİYA
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
"Biz bir neçə həftə əvvəl iki ölkənin müdafiə nazirlikləri arasında birbaşa əlaqənin çox uğurlu olmasına əsaslanaraq Ermənistan və Azərbaycan arasında inam səviyyəsini artırmaq üçün onlarla səylə çalışırıq".
Üçtərəfli görüşün yekunları üzrə birgə bəyanat ictimaiyyətə təqdim olunacaq.
Həmçinin oxuyun:
Rusiya Soçi görüşünün vacibliyini dünyaya göstərmək istəyir
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal
Ərdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək