ELM

Koronavirusun mənşəyi ilə bağlı Nobel mükafatçısından rəy - Bunu söyləyən cahildir

Aziz Sancar dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə aydınlıq gətirib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. "İnsanlar texnologiyadan əlavə, təməl elmi biliklərə sahib olmalıdırlar. Tam müstəqilliyə çatmaq, bəşəriyyətə fayda vermək istəyiriksə, təməl elmi biliklərə önəm verməliyik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu dünya şöhrətli tanınmış türk alim Aziz Sancar Azərbaycana bir həftəlik səfərinin təəssüratları ilə bağlı jurnalistlər üçün keçirdiyi konfransda deyib.
Alim qeyd edib ki, türk dünyası müharibə ilə yanaşı, elmdə də uğur əldə edərsə, hər zaman qələbə qazanar.
O, elmi mövzularda verilən sualları cavablandıraraq, bildirib ki, hazırda bioloji saatın xərçəng xəstəliyində rolunu öyrənirlər: "Lakin hələlik bioloji saatın pozulmasının xərçəngə səbəb olduğunu konkret olaraq deyə bilmərik. Bu mövzuda araşdırmalarımız davam edir".
Sancar pandemiya dövründə böyük əziyyətlər çəkdiyini də dilə gətirib.
"Pandemiya laboratoriyamı iflic etdi. Tələbələrim laboratoriyaya gələ bilmədilər. Həm tələbələrim, həm də özüm depressiyaya girdik. Üç ay öncə universitetlərdə məhdudiyyətlər bir qədər aradan qaldırıldı, lakin hələlik virusun yeni növləri peyda olur. COVID-19-a görə çox əsəbləşirəm, lakin bununla bağlı, gedişat haqda hələlik fikir bildirə bilmirəm".
O, dünyanı cənginə alan virusun insan əli ilə yaradılıb-yaradılmaması ilə bağlı müxtəlif fikirlərə də aydınlıq gətirib: "Koronavirusu çinlilər icad etməyiblər. Müxtəlif şayiələr yayırlar, amma bu, düzgün deyil. Bunu söyləyən sadəcə cahildir. Koronavirus təbiətdən gələn bəladır".
Xatırladaq ki, noyabrın 29-da Azərbaycana səfər edən Aziz Sancarın ölkəmizə ilk gəlişi 2017-ci ildə olmuşdu.
Eləcə də oxuyun:
* Aziz Sancar azərbaycanlı tələbələrlə işləməyə yaxşı baxsa da...
* Aziz Sancar: "Söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacam"
* Elm adamlarına imkanlar yaradılmalıdır - Nobel mükafatı laureatı
* İlham Əliyev Nobel mükafatı laureatını təltif edib